Hərraclarda dollar satışı kəskin artıb - Məbləğ açıqlandı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin noyabr ayı ərzində 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə Fonddan bildirilib.

Xəbər verdiyimiz kimi, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin oktyabr ayı ərzində 489,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Noyabrda dollar satışı 164,5 milyon dollar və ya 33,6% artıb.

Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində 394,8 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

2018-ci ilin 11 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 5 milyard 783,3 milyon ABŞ dollarına çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 768,7 milyon dollar və ya 91,9% çoxdur. Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ARDNF valyuta hərraclarında 3 milyard 13,3 milyon dollar satıb. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar