Gürcüstan Prezidentinin kürəkəni saxlanılıb

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinın ögey qızının vətəndaş nikahında yaşadığı Mindiya Qoqoçuri Tbilisidə silah gəzdirmə ittihamı üzrə xüsusi əməliyyat zamanı saxlanılıb.

Bu barədə "Report" "Rustavi2" telekanalına istinadən xəbər verir.

Polis ümumilikdə 2 nəfəri saxlayıb. Telekanalın məlumatına əsasən, xüsusi əməliyyat başladıqdan sonra şübhəlilər silahlarını mənzillərin eyvanından aşağı atmağa başlayıblar. M.Qoqoçuri Amaşukeli prospektindəki bu mənzili kirayəyə götürüb.

Xüsusi əməliyyat dünən gecə keçirilib.

Qeyd edək ki, M.Qoqoçuri ilk dəfə ictimaiyyətin diqqət mərkəzinə düşmür. O, iyul ayında ayağından üç bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Daha əvvəl, 2017-ci ilin yanvarında isə Qoqoçuri güllə yarası alıb.

Xatırladaq ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin səlahiyyətləri sona çatmaqdadır. Ölkənin beşinci Prezidenti Salome Zurabişvilinin inauqurasiyası dekabrın 16-da keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar