Ermənistan ordusunun bir qrup hərbçisi qar uçqununa düşüb

Ermənistan Silahlı Qüvvələrinin bir qrup hərbçisi Sisian rayonunda dağ uçqununa düşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsurun Ovanisyan bildirib.

Onun sözlərinə görə, uçqun altında qalan hərbçilər ərazidən çıxarılıb, onların vəziyyəti normaldır. Hərbçilərdən biri tapılmayıb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Uçqun altında qalan hərbçilərin sayı məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar