Türkiyədə polis bir gündə 1272 ton heroin aşkaralayıb

Türkiyənin Ərzincan əyalətində TIR-ın saxlanc yerindən polis əməkdaşları 1271 ton heroin aşkarlayaq götürüblər.

“Report” “yeniakit”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Antalyada “Narkotiklərə qarşı beynəlxalq konfrans”dakı çıxışında bildirib.

Onun sözlərinə görə, Türkiyə polisi narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə ilə bağlı 2018-ci ilin 10 ayı ərzində 134 min 88 əməliyyat həyata keçirib: “Bu müddət ərzində 80 ton tiryək, 19,6 milyon həb kaptaqon, 8 milyon ədəd ekstazi müsadirə edilib, 15,9 ton heroin aşkar edilərək götürülüb”.

O vurğulayıb ki, terrorçu PKK qruplaşması, onun YPG və PYD adlı qolları da narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olurlar: “Avropa və ABŞ-ın rəsmi qurumları onlara qarşı ciddi mübarizə aparmırlar. Əksinə, bu qruplaşmaya silah verilir, lojistik dəstək göstərilir”.

635x100

Şərhlər

Anar Məcidli 2018-12-06 14:31:24

Bir gündə 1271 ton, amma on ayda 1539 ton heroin? Nəsə düzgün deyil... 10 ayda 134088 əməliyyat 1 günə 440 əməliyyat deməkdir... Türkiyə əhalisi çox olan ölkədir, anladıq. Amma, istisnasız hər gün 440 əməliyyat 1 gün üçün olduqca çoxdur

Son yazılar