“Range Rover”lə qəza törədən polis əməkdaşının ibtidai istintaqı yekunlaşıb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, artıq tərəflər cinayət işinin materialları tanış olublar.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, bu il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar