UEFA-nın ayırdığı vəsait "Qarabağ”ın hesabına köçürülüb

UEFA-nın 2017/2018 mövsümündə Çempionlar Liqasında iştirakçısı kimi “Qarabağ”a ayırdığı vəsait klubun hesabına köçürülüb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın Klub yarışlarının keçirilməsi komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, 981 min avro vəsait milli assosiasiyanın vasitəçiliyi ilə “Qarabağ”a ödənilib.

Qeyd edək ki, UEFA 2017/2018 mövsümündə ÇL-in pley-off və qrup mərhələsində çıxışına görə “Qarabağ”a 16 milyon 819 min avro mükafat ayırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar