Belarus Prezidenti Rusiyadan nəql edilən təbii qazın qiymətindən narazıdır

Dərc olunub: 06/12/2018 - 17:16

aleksandr-lukashenko“Müttəfiq münasibətlərində enerji ehtiyatlarının tədarükçüsü və istehsalçısının maraqları yoxdur”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının dekabrın 6-da Sankt-Peterburqda keçirilən zirvə toplantısında bildirib.

“Avrasiya İqtisadi İttifaqı bütöv bir sistemdir. Neft-qaz bazarının əsaslarının formalaşmasında prinsiplər üzrə razılaşmanın yoxluğu bizə ittifaqın daha sürətlə tərəqqi etməsinə imkan vermir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, min kubmetr təbii qazın nəqli Belarusda 3 dollar təşkil edir, ancaq bu, rusiyadaxili tariflərdə 3 dəfə az, yəni 1 dollardır: “Nəticədə Belarus Smolensk vilayətində qazın min kubmetrinə 130 dollar ödəyir”.

Rusiya Prezidenti Vladimir Putin KİV-in iştirakı olmadan bu məsələnin ədalətlə və açıq müzakirəsini məsləhət görüb. Onun sözlərinə görə, 2018-ci ildə Belarusa min kubmetr qazı 129 dollara satıblar. 2019-cu ildə isə bu rəqəm 127 dollar olacaq: “Almaniyaya isə 250 dollara satılır”.








loading...


Fikrinizi bildirin