Fransa çempionatında daha iki oyun təxirə salınıb

Futbol üzrə Fransa çempionatının VXII turunda keçirilməsi nəzərdə tutulan "Monako" - "Nitsa" və "Sent-Etyen" - "Marsel" matçları təxirə salınıb.

"Report" Fransa Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Qeyd edək ki, "Monako" - "Nitsa" oyunu dekabrın 7-də digər oyun isə dekabrın 10-da keçirilməli idi. Daha öncə "Tuluza" - "Lion" və PSJ - "Monpelye" matçları da eyni səbəbdən təxirə salınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar