"Fənərbağça"dan Ersun Yanala rəsmi təklif

"Fənərbağça" sabiq baş məşqçisi Ersun Yanalla danışıqlara başlayıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadla yaydığı məlumata görə, 56 yaşlı mütəxəssislə görüşən klubun vitse-prezidenti Semih Özsoy ona 6 aylıq müqavilə təklif edib. Lakin tərəflər arasıında razılıq əldə olunmayıb. Buna baxmayaraq, İstanbul nəhənginin təcrübəli məşqçi ilə danışıqları davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, E. Yanal 2013-2014-cü illərdə də "Fənərbağça"nı çalışdırıb və həmin mövsüm komandanı çempion edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar