FRANSADA DÖVLƏT ÇEVRİLİŞİ BAŞ VERƏ BİLƏR! - Yelisey sarayında narahatlıq var

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yelisey sarayında və Fransa hökuməti daxilində narahatlıq getdikcə artır - numayişçilər silahlana və dövlət çevrilişinə cəhd göstərə bilərlər. Bu barədə cümə axşamı «BFM TV» telkanalı məlumat verib.

Fransa hakimiyyətinin narahatlığı xüsusilə, «sarı jilet»lərin şənbə gününə planlaşdırılmış etiraz aksiyası ilə bağlıdır. Nədən ki, onlar Yelisey sarayına doğru hərəkət edəcəklərini bildiriblər. Hərəkat üzvlərindn biri olan Erik Druenin sözlərinə görə, şənbə gününə təyin olunmuş etiraz aksiyasının məqsədi Yelisey sarayına çatmaqdan ibarətdir. «Biz, Yelisey sarayına qədər getmək isəyirik» - deyə, hərəkatçı bildirib.

Fransa Prezidenti Emmanuel Makronun administrasiyasında narahatlığı gizlətmirlər - nümayişçilər gücə əl ata və üsyana qalxa bilərlər.

«Onlar üsyançılardır. Biz, üsyana cəhdi görürük» - deyə, «Fiqaro» Yelisey sarayındakı adı çəkilməyən nümayəndədən sitat gətirir.

Nəşrin məlumatına görə, xüsusi xidmətlər dövlət başçısı administrasiyasını «nümayişçilərin öldürmək və parlamentarlara, hökumətə, icra hakimiyyətinə və qayda-qanun keşikçilərinə zərbə vurmaq üçün silaha sarılmaq» çağrışları barədə xəbərdar edirlər.

Yerli KİV-lər yazırlar ki, görünür, prezidentin və Baş nazirin baxışları arasında fikir ayrılığı yaranıb. Xüsusilə, belə ehtimallar 2019-cu il üçün yanacağa planlaşdırılmış vergi artımının Makron tərəfindən ləğv edilməsindən sonra səslənməyə başlayıb. Hökumət başçısı isə bundan əvvəl digər ölçü barədə - bu vergilərin artırılmasına yalnız yarım illik moratorium qoyulacağı barədə elan etmişdi.

Bu arada, Baş nazirin iqamətgahında ölkə rəhbərliyi arasında ziddiyyətin olduğu barədə ehtimalları «dağıtmaq» cəhdləri göstərilir. «Biz, Yelisey sarayı ilə sıx əlaqədə işləyirik» - deyə, Mation sarayında qeyd ediblər.

Məlum olduğu kimi, «sarı jilet»lər artıq bir neçə həftədir ki, hökumətin ölkədə benzinin qiymətinin artırılması barədə çıxardığı qərarına qarşı etiraz edirlər. Ancaq bir çox müşahidəçilər qeyd edirlər ki, Fransada miqyaslı nümayişlər - bütövlükdə, əhalinin hökumətin işindən narazı olmasının göstəriçisidir.

Bax, Avropa ilə bizi fərqləndirən əsas davranışlardan biri də budur - orada vətəndaşlar hökumətin atdığı «neqativ addım»lara qarşı çıxa və özünün açıq etirazını ifadə edə bilir.

635x100

Şərhlər

Memmedhesen 2018-12-06 22:22:24

Xeber muellifi, ve o cur etirazci kutle Sari jiletlilerin etdiyi kimi gelib senin ve ya sene eziz adamin kucede dayanan masinini cevirib yandirib yoluna davam edir. Onda nece bes? Buna razisan? Bu aciq etirazi isteyirsen? Hazirda fransada dovletin idareetmenin ve huquq muhafize orqanlarinin iflasinin sahidiyik. Kim ne deyir desin dovletin demir eli hemise hiss olunmalidi ki hemise asayis olsun.

Hörmət 2018-12-06 22:22:24

Çox pis.Fransada iştimai-siyasi sabitlik pozulub.

Vətəndaş 2018-12-06 22:22:24

İxtişaşın pis olduğunu hamı bilir qoy elə Fransa höküməti və xalqıda bunua YAŞASIN bəlkə azda olsa dərk edərlər ki dünyada nəqədər insan onların üzündən nə zülmlər görüblər

Son yazılar