“HAMI BİZDƏN ALÇALDICI GÜZƏŞT TƏLƏB EDİR...” - Paşinyandan maraqlı açıqlama

“Qarabağ probleminin həlli üçün hamı Ermənistandan birtərəfli, mahiyyətinə görə alçaldıcı güzəştlərə getməyi gözləyir. Əvvəlki hakimiyyətin apardığı siyasətdən bizə bu miras qalıb”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan televiziyada dünənki seçki debatı zamanı bildirib. Debat zamanı namizədlər Qarabağla bağlı siyasəti müzakirə ediblər. N.Paşinyan yenidən əvvəl səsləndirdiyi tezisləri təkrarlayıb. O bildirib ki, Ermənistanı hər hansı bir güzəştə görə məsuliyyət daşıyan tərəf hesab etmək lazım deyil: “Bəs kimsə heç maraqlanıb ki, Azərbaycan qarşılıqlı güzəştlərə hazırdır, yoxsa yox? Azərbaycana belə sual vermirlərsə, bizə də bu ünvanlanmamalıdır”.

Paşinyan bir daha deyib ki, Dağlıq Qarabağ danışıqlara tərəf kimi qatılmalıdır: “Bu məsələni isə yalnız Ermənistan və Azərbaycan xalqları həll edə bilər”.

635x100

Şərhlər

Moshu 2018-12-06 22:43:43

Səhər o başdan yuxudan oyanırlar, xanım qonağa yemək hazırlayır. Gözəl günəşli hava imiş, kişi şeşə bığlarına şumal çəkir və dağları göstərib deyir: “can baci qardaşın o uca qarlı dağları aşıb gəlib”. Xanım isə cavabında “boş-boş danışma, axşam bir xəncərin üstündən keçə bilməy, o dağları necə keçibr”. Bax beləcə, 25 ildir ki, biz də həmin kişi kimi şeşələnə-şeşələnə, gözəl tostlar deyə-deyə,Vətəndən ağız dolusu danışa-danışa bir boynu buruq, yazıq, yetim Qarabağımızı qara gündən azad edə bilmirik, daha doğrusu azad etmək istəmirik. Bizdəki çal-çağır,vur çatlasın. Allah bizdəki bu ab-havanı heç düçmınimizə də göstərməsin. Vallah heç kimin Qarabağ yadına düşmür. Bu murdar ermənilər isə Qarabağdan ötrü min hoqqadan çıxırlar. Gəlin düşünək: Qarabağla bağlı ermənilər daha çox iş görür, yoxsa azərbaycanlılara? P.S. Hörmətli “Azpolitika” çox arzulayardım ki, səhifənizdə yeni rubrika açaydınız və bu mövzunu daim gündəmdə saxlayaydınız. Nəticəsini özünüz görəcəksiniz

Moshu 2018-12-06 22:43:43

Amerikanın "Ermənistan milli komitəsi"nin məlumatına görə 2012-ci il 24 iyul tarixinə qədər Kaliforniyada 2 milyona yaxın erməni yaşayır. 6 il ərzində bu rəqəm çox güman ki, artmış olar. Ola bilər ki, heç Ermənistanda bu qədər əhali yaşamır. Nikol gədə Trampdan tələb etsin ki,Kaliforniyaya Ermənistanın tərkibində muxtariyyat ver və yaxud Rusiya Federasiyasının Krasnodar vilayətinə çoxlu sayda erməni yaşayır,Nikolya Paşinyan Putindən tələb etsin ki, Krasnodarı Ermənistanla birləşdiririk. Duxu çatarmı? “Kişiliyi” bizlərə çatar. Biz isə bu dığaların 25 ildən çoxdur ki, naz-qəmzələri ilə oynayırıq...Biz hələ də erməniyə xox gəlirik. Erməni isə bunu vecinə də almer. Bu yerdə ləzgi qardaşımızın bir lətifəsi yadıma düşdü.Bir ləzgi bir kənddən başqa uzaq kəndə gedəsi olur. Çatası kəndə bir xeyli yol qalır və ləzgi qardaşımız bir kəndin ərazisindən keçərkən qaranlıq düşür və o məcbur olub kənddəki evlərdən birinin qapısını döyür. “Ay ev yiyəsi qonaq qəbul edərsinizmi?”. Qapını bir xanım açır və deyir ”qonaq Allah qonağıdır,niyə qəbul etmirik?”. Olandan-qalandan süfrə açılır ləzgi qardaş yeyəndən sonra,bir az söhbətləşirlər, ləzgi başına gələnlərdən danışır və yatmaq zamanı gəlib çatır. Xanım deyir “qardaş vallah qonaq olduğuna görə səni evə dəvət etdim, amma bir məsələ var ki, tək qadınam evdə də bir çarpayımız var, heç bilmirəm necə yatacağıq?”. Ləzgi cavabında deyir “narahat olma, bu iri xəncərimi ortada qoyacağam, heç kim də bu sərhədi keçməyəcək”. Belə də olur. Sərhədi heç kim keçmir.

o.b.n 2018-12-06 22:43:43

İstənilən terrorçular obyekti ələ keçirəndə,ordakı giirovları azad etmək üçün dövlət terrorçularla danışıq aparır.İlk şərt belə olur,silahları yerə qoyun,girovları azad edın!Kataloniy hadisəsindən sonra dünya ayıldı,hayıstanın isə kitabı bağlandı.Düzdür sənin keçmişini araşdıranda görünür işğalın,saxta soyqrımın əlehinə olmusan.Sənin bir sözün var;«Lənətə gəlmiş əcdadlarımızdan bizə nə qalb...»Kreml icazə versə quldur dəsdənizi Qarabağdan çıxarın.Və qonşu xalqlar Qafqazda sülh şəraitində yaşasın.

Mirzə AĞ 2018-12-06 22:43:43

Siz, elə köhnənin alcağısınız ki!!!

EJDER 2018-12-06 22:43:43

LAZIM GELER ANOVU AQLADARIQ...DIQA ...

Son yazılar