Naxçıvan duzu Rusiya və Türkiyə bazarlarına çıxacaq
Baxiş sayı:
Dərc olunub:
06/12/2018 - 23:08
“Naxçıvan Duz İstehsalı” MMC MDB və Yaxın Şərq ölkələrinə məhsul ixracını təşkil etməyi nəzərdə tutur.
Bunu Trend-ə MMC-nin direktoru Anar Əsədullayev deyib.
A.Əsədullayevin sözlərinə görə, şirkət Türkiyə və Rusiyadan duz ixracı ilə bağlı təklif və müraciətlər alıb:
“Biz hələlik bu iki variantı nəzərdən keçiririk. Yaxın bir il – il yarım ərzində, yeni duz yataqlarının aşkar olunması ilə istehsal həcmləri artdıqca Rusiya və Türkiyə bazarlarına ixracat planlaşdırırıq”.
Qeyd edək ki, “Naxçıvan Duz İstehsalı” MMC xörək duzu və texniki duz istehsal edir.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Sizin Bakıda yerləşən ofisin nömrəsi lazımdır