NAZİRLİK DEPUTATI TƏXRİBATDA İTTİHAM ETDİ - "Nə varsa onu açıqlayıb deyirəm..."

“Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir və bu açıqlamanı devalvasiya anonsu kimi yozmaq ya düşünülmüş təxribatdır və ya diletant yanaşmadır”.

"AzPolitika" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.

O bildirib ki, bəzi dırnaqarası ekspertlər və iqtisadçılar maliyyə nazirinin fikirlərini müəyyən qədər konteksdən çıxararaq onun mahiyyətini bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə və bir sıra saytlarda təhrif etməyə cəhd göstərirlər. Lakin deputat Vahid Əhmədov kimi təcrübəli siyasətçinin, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir adamın 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirməsi yalnız təəssüf doğurur: “Nazir çıxışı zamanı bildirib ki, manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir, idxal üçün cəlbedici vəziyyət yaradır ki, bu da Azərbaycan dövlətinin marağında deyil. Məhz buna görə də son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyən edilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır”.

Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hal-hazırda təmin edir və bundan sonrada təmin edəcək.

“Maliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbərinin verdiyi fikirlərə müsbət yanaşıram.  Samir Şərifovun fikrinə də münasibətim normaldır. Həmçinin, nazirlə  münasibətlərimiz də normaldır”. Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Vahid Əhmədov Maliyyə Nazirliyinin rəsmisinin onu təxribatçı adlandırmasına münasibət bildirərkən deyib.

O bildirib ki, mətbuata verdiyi müsahibədə  devalvasiyanın olmamasının səbəblərini açıqlayıb: “Neftin qiyməti yüksəkdir. İdxal və ixrac əməliyyatlarında müsbət saldo var.  Manatın  kütləsi qorunub saxlanılır. Yəni, devalvasiya  üçün heç bir əsas yoxdur.  İkincisi də, devalvasiya olanda çox ciddi nəticələri olur. Biz 2015- ci ilin devalvasiyasını hələ yaddan çıxarmamışıq. Bizim banklarımız hələ də özünə gələ bilməyib. Əhali çox əziyyət çəkir. Bütün bunları və  faktiki vəziyyəti nəzərə alaraq əhalini müəyyən qədər sakitləşdirməyə çalışmışam. Yəni, elə bir ciddi problem yoxdur. Devalvasiya hazırda gözlənilmir.

Onların məni təxribatçı adlandırımağını başa düşə bilmirəm. Nə varsa onu açıqlayıb deyirəm. Mən mətbuatdan heç vaxt qaçmamışam və qaçmaq da fikrim yoxdur. İndi görünür ki, fikirlərim kiminsə xoşuna gəlmir. Ona görə bu vəziyyət ola bilər. Sadəcə analiz verib prosesə qiymət vermişəm.

Orda deyildiyi kimi manatı saxlamaq bu gün Azərbaycanda müəyyən qədər əhali üçün, həm də dövlət üçün vacibdir. Sahibkarlar, istehlakçılar bundan  müsbət nəticələr əldə edirlər. İxraca qalanda isə bizim ixracımız əsasən neft və qazdır.  Son vaxtlar kənd təssərrüfatı  məhsulları ixrac olunmağa başlayıb. Manatın dayanıqlığı mühüm amillərdən biridir. Türkiyədə, Rusiyada, İranda nə kimi hadisələrin  baş verdiyini gördük. Bu, dövlət başçımızın  müsbət addımlarımndan biridir ki, manatın qorunub saxlanılmasını nəzarətdə saxlayır ki, əhalimiz əziyyət çəkməsin”.

635x100

Şərhlər

Fariz 2018-12-07 18:01:52

Hörmətli AZPOLİTİKA.AZ saytı SİZƏ mənim qoca canım qurban. Sizdən başqa heç kim bu millətin əzilən təbəqəsinin dədini problemini yazmır. Bu talanşı məmurların təşkil etdikləri və yenidən etmək istədikləti məkrli süni devalvasiya məsələsini gündəmdə saxlayın. Hərdən yazın.

vətəndaş 2018-12-07 18:01:52

YÜZLƏRLƏ MİLYARD GƏLİRİ OLAN BİR ÖLKƏDƏ DEVALVASİYA YARADIB ÖZ OĞURLADIQLARI YÜZLƏRLƏ MİLYARDLARI DOLLARA ÇEVİRİB İNDİ İSƏ MANATI SÜNİ DEVALVASİYA YARADIB ÖZ ETDİKLƏRİNİN ÜSTÜNÜ ÖRT BASDIR ETMƏK MİLLƏTİ YENİDƏN TƏLAŞA SALMAQ ,AXIRINCI QƏPİYİNƏ KİMİ ƏLİNDƏN ALMAQ BU MİLLƏTƏ BİR DAHA XƏYANƏT ETMƏKDİR.

Tural 2018-12-07 18:01:52

Vahid Əhmədov çox savadlı kadrdır.Əslində elə Vahid müəllim kimi adamlar nazir olmalıdır.Xalqına canı yanır

AAgahuseyn 2018-12-07 18:01:52

Vahid Əhmədovun bacarıqlı-işgüzar və təcrübəli bir rəhbər kimi tanıyıram.AMMA kecən dəfə manatın dollar qarşısında birdən-birə 3-dəfəyə yaxın ucuzlaşması və bundan bir gün əvvəl MİLLİ bangın rəhbərinin və digərlərinin belə bir halın olmayacaqı barədə cıxışları hamının yadındadır.Maliyə nazirliyi və bang rəhbərliyi o qədər yalan danışıb onlara inam itib.O dövür mən dollar nisbətində 500 dollar pensiya alırdim indi isə 260 dollar yaxın alıram.buda sizin yalan.

Analitik 2018-12-07 18:01:52

Evvel bir yaşadiqlari Azerbaycanin dilini normal danişmagi oyrensinler sonra hansisa "yarinagillarini" camaata soylesinler!.. Bu maliyye naziri gelenden mevacibler (normal şekilde) artmaq bilmeyib, bank borclarinin efv olunmasina da imkan vemeyib! Bunun neyi "professionalliq" ve eyni zamanda insanilik olmuşdu ki?!

EJDER 2018-12-07 18:01:52

BELE ANALOQU OLMAYAN HOKUMETIN,BELE DE MALIYYE NAZIRI,BAW BANKIRI OLMALIDI.DEVALIVASIYA YUXARIDAN GELEN OYUN IDI.KIMLER MILYARDLAR QAZANDI...QUSARLAR,MUTLEQ QUSARLAR

Eli 2018-12-07 18:01:52

Ay millət hamı bilir ki, bu respublikada rüşvətin yekəsini elə maliyyə nazirliyinin bəzi əməkdaşları alır. Hansı idarəyə yoxlamaya gəlirsə deyir ya pul ver ya da ki, verəcəm korrupsiyaya. İndi guya heç kim heç nə bilmir da. Hamıya məlumdur. Özü də elə belə pul istəmirlər. Respublikada ən baha maşınlar nazirliyin qabağında dayanır. Maaşla alıblar guya. Təbii ki torbaladıqları rüşvətin nəticəsidir. İndi də çıxıb nağıl danışırlar. Qabağına fakt qoyanda da başlayırlar dağdan daşdan danışmağa

Aslan 2018-12-07 18:01:52

Deputatı qınamaq düzgün deyil. Maliyyə naziri artıq kol-kos qırır ki belə bir hadisə olacaq. Əhalinin əsəblərini yoxlayır. Bu maliyyə nazirini belə vəzifədə saxlamaq düzgün deyil. Çünki ölkə uzun illər misli görünməmiş talanmış,oğurlanmışdır. Maliyyə naziri və baş bankir millətə atılmış milyardların harada kimdə olduğunu bilməlidirlər və yəqin ki də bilirlər

********* 2018-12-07 18:01:52

....»Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması»......eeee, cənab Nazir, ayıbdı da, arada bir dərsliklərlə tanış olun, vaxtınız olanda....))))) Büdcə qaydaları dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaltmır, fundamental asılılıq necə var elə elədə qalır, bu asılılıq iqtisadi artım modelinin yenilənməsi və institusional islahatların dərinləşməsindən sonra azala bilər, onda da uzun müddətli makroiqtisadi sabitlikdən danışarsız. Büdcə qaydaları yalnız neftin dünya bazar qiymətlərinin qalxıb-enməsi ilə əlaqədar yarana biləcək problemləri aradan qaldıra bilər

sual 2018-12-07 18:01:52

“Nazir çıxışı zamanı bildirib ki, manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir...bu da Azərbaycan dövlətinin marağında deyil»…. Yəni, 10 ilə yaxın müddətdə dövlətin marağında idi ki, manat 1ABŞ doll.= 0.9 Azn-dən 0,78 Azn-ə qədər bahalansın, indi isə yox, marağında deyil???.....)))))))) ya bu vaxta qədər dərslik səviyyəsində məlum olan həqiqətləri indi özünüzə aydınlaşdırmısız, cənab Nazir???....))))) Dövlət büdcəsindən milyardlar xərclənəndə, büdcə xərcləri ÜDM-in 32-34%%-nə yüksələndə (yüksək inkişaf səviyyəsinə malik ölkələrdə olduğu kimi) aydın deyildiki, belə yüksək xərclər manatın məzənnəsini möhkəmləndirir və ölkədə makroiqtisadi şərait pisləşir???....)))) Bəs nə əcəb neftin qiyməti komfort səviyyəyə yüksələn kimi (60-80 ABŞ doll.) büdcə xərcləri yenə sürətlə artmağa başladı - yeni büdcə öhdəlikləri, sosial-infrastruktur layihələr, qeyri-məhsuldar xərclər və s., və s. Manatın devalvasiyasının olub-olmayacağını neftin qiymətləri bilir, o da asılıdır Qərbin sanksiyalarından, hansılarki çox güman reallaşacaq – ayı 2 ayaq üstə dayanıb....)))))

rasim 2018-12-07 18:01:52

Bankların yağmalanmasının(məsələn Beynəlxalq bank və s.), talanmasının,manatın başına gətirilən müsibətlərin(nəticədə əhalinin başına gələn müsibətlərin)tək günühkarı Maliyyə Nazirliyidir.

Hörmətl oxucular! 2018-12-07 18:01:52

Bismillahir-Rəhmanir-Rəhim Hazir Şərifov bildirib ki, bəzi dırnaqarası ekspertlər və iqtisadçılar maliyyə nazirinin fikirlərini müəyyən qədər konteksdən çıxararaq onun mahiyyətini bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə və bir sıra saytlarda təhrif etməyə cəhd göstərirlər.Vallah nazirin tərəfindən bu diletant yanaşmadır. Yenə nazir şəxsi hikkəsinin əsirinə çevrilib və əndazəni aşmaqdır. Bu çox kobud fikirdi.Bu nazir heç kimi xulaq asmaq istəmir. Əslində, izlədiyimiz bu mənzərə nə qədər gülməlidirsə, bir o qədər də acınacaqlı və bəlkə də faciəvidir. Nədənsə hörmətli nazir KİV, sosial şəbəkələrdə onun və nazirlikdə olan RÜŞVƏTƏ, KORRUPSİYAYA haqqında yazılanlara niyə belə reyahsiya vermədi? Bu yerdə Konfutsinin bir fikirləri yadıma düşdü gətirmək istərdim. “Sülhsevərlik və ədalətlilik insana kənardan deyil, daxili kamilliklə gəlir”.

Son yazılar