“DEVALVASİYADAN SÖHBƏT GEDƏ BİLMƏZ” - Deputatlar nazirə cavab verdilər

"Mən maliyyə naziri Samir Şərifovun fikrinə də hörmətlə və müsbət yanaşıram. Mənim isə analizim o olub ki, bu gün ümumiyyətlə, Azərbaycanda devalivasiyaya ehtiyac yoxdur”.  Bunu BakuPost-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Millət vəkili deyib ki, neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var, pul kütləsinə də Mərkəzi Bank tərəfindən nəzarət edilir: "Bunlara əsaslanaraq devalivasiyaya ehtiyac olmadığını demişəm. Bu açıqlamanı ona görə vermişəm ki, cəmiyyətdə sakitlik yaransın, narahat olmasın ki, devalivasiya olacaq. Çünki insanlar bankdan vəsaitləri çıxara bilərlər. Bu açıqlamada başqa məqsəd yoxdur”.

V. Əhmədov maliyyə naziri S. Şərifovla münasibətlərinin normal olduğunu da vurğulayıb.

“Azərbaycanda manatın devalvasiyasından söhbət gedə bilməz. Milli valyutanın məzənnəsinin sabitliyi qorunub-saxlanılacaq, hətta möhkəmləndirilməsi istiqamətində addımlar atılacaq”. “Report”un xəbərinə görə, bunu isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

O, ölkədə növbəti devalvasiyanın olacağı ilə bağlı iddialara münasibət bildirərkən qeyd edib ki, manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur: “Əsas məqdəsimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafını, qeyri-neft ixracının artırılmasını stimullaşdırmaqdır. Bu ilin 10 ayında qeyri-neft ixracı 12%, ümumi ixrac isə 37% artıb. İxrac potensialının yüksəlməsi makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir.

Bundan başqa, xarici ticarət dövriyyəsində müsbət saldo Azərbaycanın valyuta ehtiyatlarının artmasına səbəb olub. Maliyyə naziri Samir Şərifov deyib ki, manatın məzənnəsinin möhkəmlənməsi idxalın artmasına səbəb olur. Bu da Azərbaycanı cəlbedici ölkəyə çevirir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. O bildirib ki, aparılan siyasətin prioritet istiqaməti məhz makroiqtisadi balansın qorunub-saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub. Nazirin bu fikri yanlış mülahizələrə yol açıb, düzgün təhlil edilməyib.

Samir Şərifovun bu fikirləri qlobal iqtisadiyyata, Azərbaycanda və dünyada gedən iqtisadi proseslərə və təcrübələrə söykənir. Yəni əslində fikir ondan ibarətdir ki, manatın məzənnəsi daha da möhkəmlənir və məzənnəsinin möhkəmləndiyi ərəfədə ixracın stimullaşdırılmasıdır. Burada söhbət manatın məzənnəsinin enməsindən getmir. Bəzi ekspertlər və deputat Vahid Əhmədovun təhlili yanlışdır, süni maliyyə gərginliyi yaratmağa hesablanıb. Milli Məclis 2019-cu ilin dövlət büdcəsi qəbul edilib. Büdcədə bununla bağlı risklər nəzərə alınıb”.

O, dövlət büdcəsinin sosialyönümlü olduğunu vurğulayıb.

Qeyd edək ki, maliyyə naziri S. Şərifov dekabrın 4-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsinin Azərbaycanı ixrac üçün cəlbedici etdiyini bildirib. Bu açıqlama devalvasiya anonsu kimi qəbul edilib. Nazirliyin yaydığı açıqlamada bildirilir ki, V. Əhmədov kimi təcrübəli siyasətçinin, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir adamın 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirməsi yalnız təəssüf doğurur. Qeyd olunur ki, nazir çıxışı zamanı manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərdiyini, idxal üçün cəlbedici vəziyyət yaratdığını, bunun da Azərbaycan dövlətinin marağında olmadığını bildirib. Nəzərə çatdırılır ki, məhz buna görə də son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyən edilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır: "Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır. Bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hal-hazırda təmin edir və bundan sonrada təmin edəcək”.

635x100

Şərhlər

Vətəndaş 2018-12-07 13:07:38

Yeni Devalvasiya sadə kasıb əhali üçün daha da yoxsulaşmaya bahalaşmaya işsizliyə bir sözlə qaranlıq günlərə səbəb olacaq. Talanmış atılmış milyardları talançı məmurlardan almaq israfçılığa son qoymaq və əsas kütləni olacaq bu iqtisadi dəhşətdən qurtarmaq lazımdır.Həm də ki manatın keyfiyyətini itirməsi iqtisadiyyatın daha da pərən pərən düşməsinə səbəb olacaq.Bu nazir hər dəfə bir söz danışır və başa düşmək olmur konkret nə demək istəyir.Yenə nala mıxa vurur.Hər nə olsa sadə insanların başında çatlayacaq.

Vəli 2018-12-07 13:07:38

Stabil pul, stabil iqtisadiyyatdır... İdxal-ixrac prosesini stabil saxlamaq üçün gömrük,vergi orqanları və başqa iqtisadi metodlar var. Uzun illər neft milyaqrdları gələn ölkədə süni devalvasiya yaratmaq millətə qarşı növbəti qəsd və xəyanətdir.

Hörmətli oxuculara! 2018-12-07 13:07:38

Bismillahir-Rəhmanir-Rəhim . Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü və Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki,. “Azərbaycanda manatın devalvasiyasından söhbət gedə bilməz”. Hərçənd ki, bu deputatı heç tanmıram gözümədə dəyməyib.Vallah düz demir,çox yalan danışır! Sual olunur ki,son 10 ildə neçə dəfə manat devalvasiya düşüb? Hansı halda əvvəgədən hansı deputat xalqa məlumat verilib ki,5 gündən sonra dolların dəyəri dəyişəgək.Buların dediçləri boş şeydir. Vəssalam! Soruşa bilərsiniz ki, bəzi deputatlar niyə utanmazcasına belə yalan danışa bilirlər? Belə ittihamlarla ilk dəfə deyil ki, üzləşirik. Onlar artıq öyrəşiblər!Bizdə öyrəşdiriblər! Bunları əhəmiyyətsiz bir şey saymaq olmaz. Son qoyulmalıdır! Bu boyda xalqa qarşı sayqısızlıq olmaz! Daha pis tərəfi ondadır ki,bunlar asanlıqla məsuliyyətdən qaça bilirlər. A.Dante demişdir: “Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilir”.

Bashirov Qarib 2018-12-07 13:07:38

Deputadların pafoslu çıxışları əsassızdır.Guyaki,idxal-ixracda musbət saldoya malikik. Yalandır.İdxal olunan mallar rusum ödəməmək uçun uçotdan gizlədilir.S.Şərifov da həqiqeti bildiyindən,ixracın artırılmasını gundəmə gətirir. Bu da manatın zəifləməsinin gərəkliyini anlamına gəlir.Reallıq budur.

Son yazılar