"TELEVİZİYALAR ƏXLAQSIZLIQ YAYIR, ONLARI CƏZALANDIRMAQ LAZIMDIR" - Aqil Abbasdan sərt tənqid

“Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət kanalı və İctimai Televiziya istisna olmaqla, televiziyaların fəaliyyətini mənfi qiymətləndirirəm. Azərbaycan televiziyalarında xalqı elə təqdim edirlər ki, düşünürsən, doğrudanmı yer üzündə belə bir millət yaşayır...”

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

Deputat televiziyaların cəzalandırılmasını təklif edib: “Kimsə kiminsə başını qırxıb, qayınana gəlinlə dalaşıb və s. bütün müzakirələr bunlardır. Mətbuat Şurasının “qara siyahı”sı var, fəaliyyəti neqativ olan saytların adı ora daxil edilir, hətta hüquq-mühafizə orqanlarına müraciət olunur.

Milli Televiziya və Radio Şurasında da belə bir siyahı olmalıdır. Quruma səlahiyyət verilməlidir ki, televiziyaları cəzalandırsın, cərimə tətbiq etsin. Televiziyalar əxlaqsızlıq yayır. Deputat Gövhər Baxşəliyeva deyir ki, rus məktəbləri lazım deyil. Camaat uşağını rus məktəbinə qoyur ki, heç olmazsa Rusiya televiziyalarına baxa bilsinlər. Azərbaycan kanallarına baxıb nə öyrənəcəklər?”.

635x100

Şərhlər

Oqtay 2018-12-07 13:14:04

Aqil sın deputatsan Qanun layihəsi hazırla cıx qabağa yoxsa ortaya söz atmaq lazım deyil yoxsa bilmirsən niyə belədir.TV lərə azadlıq vermək lazımdər .Deputatlar ,Müxalıfət İqtidar diskusiya etməlidir ki görək bu məsələlərin axırı necə olacaq Kim Qarabağ məsələsinin həllini necə görür.Güya bilmirsən TVlər niyə bu günə salınıb.Kim .... (Cəlal müəllimin sözü ilə) tribuna verib Reklam azad olmalıdır maraqlı TV özü qazanmalıdır.Siz güya bilmirsiniz MRTŞ nəyə lazımdır.Niyə sözü açıq deməyə qorxursunuz

AAgahuseyn 2018-12-07 13:14:04

Aqil muəllim,TV-lərin sahiblərinin kim olmasını hamı yaxşı tanıyı. Xususi ilə Mirşahinin açıq mətnlə söyuşlərini təqdir edənləri də tanıyıı.MTRŞ-ı kmə xdmət edir onlar dövlətə-dövlətcliyə xidmət etməsini unudublar.BÜTÜN TV-lırdə söyüş qarqış və lüt-ryan qadınlaı təbliq eetməklə məşquldurlar.Baxın AQİL müəllimə və bizə tolik TƏRBİYƏDƏN-ƏXLAQDAN danışır.UMUMİYƏTLƏ əxlaqı olmayan əxlaqdan,tərbiyəsi olmayan tərbiyədən-üzdəniraqlar da namusdan dəm vurur.SAQ OL AQİL MÜƏLLİM mövzuya görə.

t.ədalət 2018-12-07 13:14:04

Gövhər xanım Bəxşəliyeva bir Azərbaycan qızı kimi çox ağıllı fikir söyləyib.Dostumuz Aqil Abbas isə bilməlidir ki,Azərbaycana tərbiyəsizlik elə Rusiyadan gəlib.Sovet dövründə gənclərimizi Rusiyaya dartıb aparan həmin tərbiyəsiz mühit idi.Müstəqillik qazansaq da,hələ ruslardan qalan əxlaq düzəni tam düzəlməyib..

Qoca 2018-12-07 13:14:04

İctimai televiziyada imkan vermək lazımdır insanlar əsas da kasıb əhali öz dərdlərini şikayətlərini Prezidentə hökumətə çatdıra bilsin. Yoxsa məmurlar heç nəyin məktub yazmağın, teleqramın və başqa üsullarla müraciətin xeyri yoxdur. İmkan vermirlər ölkə Prezidenti xalqın dərdini şikayətini eşitsin. Ona görə də qanunsuzluq,özbaşınalıq, rüşvəttalan tüğyan edir.

Dr.AGAOGLU 2018-12-07 13:14:04

Televiziyalar nəzarət altındadırlar və bu xalqın başını qatmağa hesablanıb.Bu hansısa ciddi problərdən diqqətin yayınmasına xidmət edir.Korrupsiya,rüşvət,büdcə talanları,mənəvi aşınma,narkomaniya,ərazi,insan hüquqları problemləri vəs.Lakin unutmayaqki normal internet saytları da mövcuddur.

saxavat Mikayilov 2018-12-07 13:14:04

Az TV -ler namusdan -qeyretden danishmaqdansa saqqalli cavanlari, terbiyesiz qadinlarin terbiyeden danishmagini teblig edirler ....Biz kiminle muharibe etmeliyik Olkenin problemleri choxdur Rusiyanin Heshterxan sheherini, Avropada Xeyriyye ishleri, kilseleri temir etdirmek, ne qeder

saxavat Mikayilov 2018-12-07 13:14:04

Men Govher xanim Baxshaliyevani taniyiram ve boyuk hormetim var Ancaq RUS dili meselesinde fikri yanlishdir Bu gunolkenin saysiz problemleri movcuddur ve Esasi da Ishgalda olan Qarabagdir Azerebaycan TV butun kanallari menasiz chal-chagirdan bashqa verlish tanimirlar Xoshqademin kanallarina baxdiqza qeyretsizleshirsen butun verlish ancaq aglamaq, Mikayilda toy-bayram, Zaur Baxshaliyev neden danishir ?

Siyavuş 2018-12-07 13:14:04

Bəs ARTŞ-nın vəzifəsi? Kim Televiziya kanallarına nəzarət etməlidir?

Hadir Vəliyev 2018-12-07 13:14:04

Aqil və Gövhər kimi dayaz düşünmə onların yerində olmadığlarına sübutdur.Televiziya,radio kimlərəsə bağışlananda , nəzarətdən kənar olanda, səviyyəsiz və təcrübəsiz, məlumatsız adamların ixtiyarına veriləndə necə olmalı idi ki? Azərbaycan dövlətinin imicini, əhalisinin intelektual səvityyəsini qorumaq məqsədilə ilk növbədə özəl televiziyaların peyklərlə yayımını qadağan etmək,onlara nəzarəti gücləndirmək MRTŞ-trəfindən təmin olunbalıdır.MRTŞ özəl kanalların verilişlərin səviyyəsinə diqqət yetirməlidir

Araz 2018-12-07 13:14:04

Deputat müəlim gəlin teliviziya kanallarını bağlayaq ,işçilərini Nargin də güllələyək və Çəmbərəkənddə basdıraq.37 ci illərə virtual olaraq qayıtsaq sənin nə "işlə" məşğul olacağın şübhə doğurmur.Media tələbə görə fəaliyət göstərir.Uşaqlarını rus tv lərə baxmaq üçün rus məktəblərinə göndərənlərə ( yeni kəşf) bu deputatı ciddiyə almamağı tövsiyə edirəm.Bəlkə rus kanalları bütün günü fabrikdən kolxozdan verlişlər verir.

Deputatlara 2018-12-07 13:14:04

Doğrudur,televiziyalar olduqca mənasız,təsadüfi adamlarla doldurulub ki,onlar bundabn artığını düşünə bilmirlər.Azərbaycana bu qədər televiziya kanalı gərəkdirmi?Televiziya kanalları nəzarətsizmi olmalıdır?AMRTŞ nə üçün yaradılıb? Axı peyk vasitəsilə kanallar dünyaya translyasiya olunur.Heç olmasa özəl,səviyyəsiz kanallar bu hüqudan məhrum edilməlidir.Qaldı kimin hansı kanala baxması,o hər kəsin hüququdur.Rus dilli məktəblərin burada qəbahəti nədir?

saxavat Mikayilov 2018-12-07 13:14:04

Aqil muallim evvelce Sizi salamyariram ki, teyinat esasinda yerlerini berkitmish deputatlarn barmaqla sayilasi deputatisiz TV kanallari tamamile berbaddir Ferq etmez Speys, Atv ve s Xoshqedem Kerbala vahimesi,Zaur Baxshaliyev neden danisjr,Mikayil Boyuk shou cal-chagir yaradir Yeni Qarabag ishgaldan, Qiz-Gelinlerimiz girovdan azad edilibler Bu olkenin problemi yoxdur Her gun Reqs etmek lazimmish Qaraba unudulub Guclu Ordumuz-Guclu Iqtisadiyyatimiz var Aqil muallim Siz Qarabaglisiz dogrudanmi Qarabag bizimd

Bashirov Qarib 2018-12-07 13:14:04

Aqil muəllim,TV-lərin sahiblərinin kim olmasını yaxşı tanıyırsınız.Xususi ilə Mirşahinin açıq mətnlə söyuşlərini təqdir edənləri də tanıyırsınız. Bir ziyalı olaraq niyə susursunuz.MTRŞ-ın nə ixtiyarı var Mirşahinə nəisə desin.

G M 2018-12-07 13:14:04

Bircə onu düz deyirsən ki,``Uşaqları rus,ingilis məktəbinə qoyurlar ki,dili öyrənib,Onların TV-rinə baxsınlar``.Bizim kanallarda iyrənc mikayıl konsert-şou,tolik tv-şou,xoşu-çou....bayağı zaurlar və s .Adam iyrənir.Ya da ``arb`` tv- də afət kimqızı ucqar kənd və Qəsəbələrdə ağıldan zay,bədbəxt ailələrin problemlərini dünyaya car çəkib,reklam pulu yığır

Son yazılar