“ATİLLANIN AYAĞI DƏYƏN TORPAQLARA İDDİALIYIQ...” -  Cavid Qurbanovdan qəribə açıqlama 

“Vaxtilə Vorontsov Lazarevi Təbrizin komendatı təyin etmişdi. O, Lazarev deyil, Lazaryandır. Ona görə də yəqin ki, “Lazaryan klubu” desək, daha yaxşı çıxar”.

Deputat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu fikirləri Milli Məclisin plenar iclasında çıxış edərkən söylədi. “Lazarev klubu”nun İrəvanda keçirdiyi tədbirdə Azərbaycana qarşı iddiaların səslənməsinə toxunan C.Qurbanov Rusiya Dövlət Dumasının ermənipərəst deputatı K.Zatulinin səsləndirdiyi iddialara da reaksiya verdi: “İndi Zatulin gedib həmin klubda yallanır. Ona görə də səs çıxartmalıdır, nəsə deməlidir. Bu iddialar sadəcə iki deputatın arasını vurmağa yönəlmiş cəhddir. Ancaq onun bu fikirləri Azərbaycan-Rusiya münasibətlərinə zərrə qədər də təsir edə bilməz”.

C.Qurbanov bu yaxınlarda ölkə prezidentinin rəhbərliyi ilə Rusiyada, dövlətlərarası komissiyanın işində iştirak etdiyini xatırlatdı: “İnanın ki, mən ordakı münasibətləri gördüm. İçəridəki münasibətləri bilirəm. Çox gözəl, səmimi münasibətlər var və Rusiya ilə hər şey qaydasındadır. Cənab prezidentin özünün dediyi kimi, ötən il 800 min rus bura gəlib. İndi yöxlasınlar, görsünlər Ermənistana hərbçilərdən başqa kim gedir?”

Deputat bəyan etdi ki, ermənilərin və onların havadarlarının Azərbaycanın tarixi torpaqlarına iddiaları mənasızdır: Biz heç vaxt öz torpaqlarımızdan imtina edəsi deyilik. Əvvəl-axır Atillanın ayağı dəyən hər türk torpağına biz iddialıyıq. Ermənilərin yaşadığı ərazi də bizim torpaqdır, Hüseynqulu xanın torpaqlarıdır. Biz o torpaqları da geri almalıyıq”.

Ermənilərin iddialarını mənasız sayan C.Qurbanov ardınca dedi ki, bizim işimiz siyasətimizi uğurla davam etdirmək, iqtisadiyyatımızı və ordumuzu gücləndirmək, torpaqlarımızı işğaldan azad etməkdir.

Qeyd edək ki, 406-453-cü illərdə yaşayan Atilla türk dünyasının ən məşhur sərkərdələrindən biridir. Atilla, deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. 

"Avropanın imperatoru" titulunu qazanmış Hun İmperiyasının hökmdarı olan Attila eramızın 434-cü ilində taxta çıxıb.

O, Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim olub. Eyni zamanda dövlətinin sərhədlərini Asiyaya qədər genişləndirib. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (Bizans) imperiyalarını tez-tez istila edibQərbi Roma İmperiyasına səfər edərkən Papa Attilanın önündə diz çöküb əfv dilədiyindən, Romanı fəth etməyib və vergiyə bağlayıb. Bu səbəblə də Avropa mənbələrində Atillanı "Tanrının Qamçısı" adlandırıblar.

Qeyd olunanları nəzərə alsaq, C.Qurbanovun fikirlərini həddən artıq iddialı hesab edə bilərik... Daha çox realist biri kimi tanınan, zamanın tələblərinə uyğun hərəkət edən hörmətli Cavid müəllimin belə qəribə açıqlama ilə çıxış etməsinin səbəbini bilmirik. Ola bilsin fikirlərini ifadə etmək istərkən, bir qədər ifrata varıb.

Ancaq hər halda Azərbaycanda yüksək vəzifə tutan bir çox şəxsdən fərqli olaraq, C.Qurbanovun millətimizin TÜRK keçmişi ilə fəxr etməsinı və tarixi torpaqlarımızı geri alacağımıza olan inamını təqdir etmək lazımdır...

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Ay Qurbanov 2018-12-07 15:14:30

Hələ bir 25 il bundan qabaq işğal olunanan topraqlarımızı geri qaytamaq barədə düşünün......Boş lovğalıq şərəf gətirmir.

CAVID QURBANOVA CAVAB: 2018-12-07 15:14:30

CAVID QURBANOVA CAVAB: HƏLƏ GEDİB DƏDƏ-BABA YURDUN erməni tapdağında olan babalarının qəbrini yerləşən KƏLBƏCƏRİ İŞĞALDAN AZAD ET, SONRA TÜRKƏSİLLİ "ATİLLALAŞARSAN" AY CAVİD MÜƏLLİM...

Seyid 2018-12-07 15:14:30

bu adam mdb uzre reis muavinidir Onun dedikleri ele kremlin resmi siyasetidir

sual 2018-12-07 15:14:30

Cavid muelimin hansi yuksek keyfiyete malik olmasina subhe edeerin oz nesil acabatlarina yeqinki subhesi var. Miletin xeyrine dwnisirsan vay danismirsan vay yaxsi bu kisi deyirki ermeniperrstlere lenet olsun ham bunu suclsyir bele olurmu ya

TALİS 2018-12-07 15:14:30

Gorunur Cavid bəyin Rusiyada yaxşi obyektləri var. ... Hələ vəzifədə olan erməni əsillilərin adini aciqlamaq isdəməzdik. İndi Atilladan danişmağa dəyməz axi...

ibrahimoqlu 2018-12-07 15:14:30

Teki olkede 10 faiz Cavid kimi miletini dovletini sevib ona hormet eden olsydi kaski

Abdulqadir 2018-12-07 15:14:30

Ay qaga nöyütü sümürdüz tüketdiz iqtisadiyyatiniz,ordunuz hele de güclenmeyib?Amma ki,burda kafama bir revayet düshdü.Delleyin shahdan qizini istemeyi revayeti.Deyirem belkem bu duputatin da durdugu yeri qazib altun küpelerini chixaralar.Yoxsa ki,bosh cible kimse dünya agaligi iddiasinda olmaz.Siz ne düshünürsüz hiyy?

EJDER 2018-12-07 15:14:30

ATILLA YAXWI SOHBETDI,GET GETE INKIWAF EDIRIK,ALACAQIMIZ ERAZILERI XEYALLARIMIZDA BOYUDURUK.BIRDE NE QALIB KI,25 ILE ERMENISTAN BOWALACAQ,MUHARIBESIZ TORPAQLAR BIZE QALACAQ.HE,BAX BU LAP,ELE NAQILDI.

Mahir 2018-12-07 15:14:30

Bəlkə Atilla olasan. Vəzifə pul maşınlar obyektlər biznesi qoyub uşaqlarını da götürüb gedib kasıb insanlar kimi 1-2 il düşmənlə vuruşasan torpağımızın qeyrətini reallıqda çəkəsən. Bu torpağın xeyrini görənlər sizlərsiniz.

Əsəd 2018-12-07 15:14:30

Atillanın ruhu bəlkə də indi bizi dılğır erməninin əlində aciz qaldığımıza görə lənətləyir.Biz Atillanın, Babəkin, Koroğlunun və s.-nin nəvələri deyərək özümüzü öyməklə heç nə düzəlmir.Necə deyərlər dünəninə görə sağ ol, bu günündən danış.Bir də ki Qarabağ yox, onun ətrafındakı bir rayonu qaytara bilmirik İravanı alacağımızdan danışırıq.Fikrimcə indi də "Atillanın ayağı dəyən hər türk torpağına biz iddialıyıq" deyərək yalandan qürrələnib xalqın başının altına yastıq qoymamalıyıq.

vızz 2018-12-07 15:14:30

Bunlar Zamin Hacı demişkən Biləcərinin spuskuna qədər gopa basırlar, onların gopu dalşe getmir. Dalşe bir sonra Böyük gərdəş-şapalaq gəlir. Bunlara tapşırıblar ki, buralarda hapa gopa basın, camaatın başı qarışsın, o birilər də söküntü işləri ilə məşğul olsunlar.

Səfərə 2018-12-07 15:14:30

Ə Səfər bir kənd nədir? Heç olmasa Cocuq Mərcanlını xatırla.

t.ədalət 2018-12-07 15:14:30

Cavid müəllim demək istəməsə də,məlumdur ki,Zatulini ermənicə danışmağa yönəldən Rusiya hakimiyyətidir.Rusiya yüz illərdir Yaxın Şərqdə,Anadoluda müsəlmanları bir-birinə qırdırır.Keçmişdəki Lazaryanla indiki Kələntəryanın(Lavrovun) bir elə fərqi yoxdur.Xilas olmaq üçün uçrumun üstündəki rus ayağının altından yapışmaqdansa,elə uçuruma yuvarlanıb xilas yolu aramaq daha yaxşıdır.

saxavat Mikayilov 2018-12-07 15:14:30

Sag ol Cavid muallim minnetdaram Menim de Turk tarixi haqda az da olsa melumatim var Her bir dahini tarix yetishdirir Allah Umummilli Lider Heyder Aliyevi rehmet elesin. Gozlediklerimizin eksi oldu-Qarabag ermenilerinmish Subuta ehtiyac varmi? Qiz-gelinler, qarabag torpaqlari girovluqda Buna ne deyek Chal-Chagir her gun TV kanallari Bu kanallar kime tabedir Tercuimeyi-halini arashdirmaq gerek

G M 2018-12-07 15:14:30

Koroğlu ordan gəldi,Nəbi burdan getdi,Atilla Dünyanı fəth etdi..Ancaq Nəciməddin 1m torpağı işğaldan azad eləyə bilmədi..Hərbi hissələrin tikintisinə ayrılmış Dövlət vəsaitlərini ,milyonları basıb yedi.

Səfər 2018-12-07 15:14:30

Atilla kimi voinimiz indi yoxdur. 25 ildə düşmənin işğal etdiyi torpağımızdan bir kənd belə qaytarılmayıbsa Atillanın dünyanı fəth etməsindən danışmaq, iddialı olağa bilmirəm nə qiymət vermək adlandırmaq olar.

Mirzə AĞ 2018-12-07 15:14:30

Xristian dünyası onu "Flakellum dei" - "Tanrının qılıncı" adlandırıb...

Son yazılar