“ƏMR OLARSA, NAXÇIVAN ORDUSU İRƏVANI ŞUMLAYAR...” – Erməni hədələrinə cavab 

"Lazarev klubunda toplaşan Rusiya vətəndaşları öz ölkələrini pula satanlardı. Ağlı başında olan rusiyalılar başa düşür ki, Cənubi Qafqazda Rusiyanın mövqelərinin gücləndirilməsi Azərbaycanla dostluq münasibətlərinin inkişaf etdirilməsindən keçir".

"AzPolitika.info"nun məlumatına görə, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlərin ən aktual mövzusuna çevrilmiş "Lazarev klubu" adlı Moskvanın oyuncaq qurumunun Naxçıvanla bağlı sərsəm bəyanatlarına münasibət bildirərkən deyib.

Partiya sədri mövzu ilə bağlı moderator.az saytına açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsinə, suveren hüquqlarının həmin ərazidə bərpasına mane olmamalı, öz forpostunu başa salmalıdır ki, Ermənistanın da inkişafı Azərbaycanla münasibətlərin bərpa olunmasından keçir.

"Naxçıvan məsələsinə gəldikdə isə... onlar bizə mesaj göndərirlər ki, nəinki işğal altındakı torpaqları azad etməyəcəklər, hətta Naxçıvanı istəyirlər. Əvvəla, Naxçıvanın təhlükəsizliyinə Türkiyə dövləti də qarantdır. İkincisi, Azərbaycan Respublikası Prezidentinin birbaşa rəhbərliyi ilə Naxçıvanda güclü ordu formalaşdırılıb və onun başında Azərbacanın ən istedadlı generallarından biri - Kərəm Mustafayev dayanır. Əgər Ali Baş Komandanın əmri olarsa, Naxçıvan Əlahiddə Ümumqoşun hissələri İrəvanı sözün həqiqi mənasında şumlayar".

635x100

Şərhlər

saxavat Mikayilov 2018-12-07 19:48:20

Ay senab eremenistani shumlama ayibdir Qarabaga ged -deyim ogulsan .....

avam şofer 2018-12-07 19:48:20

Daxili auditoriyaya hesablanmış boş-boş frazalar.Qardaş millət oyanıb artıq nəticə istəyir.25 ildir ki şumlanan torpaqlaqımızın azad edilməsini istəyir.Bu barədə nəsə eşitmək istəyərdik.....

yefretor 2018-12-07 19:48:20

25 ildir düşmən torpağımızın yarsını alıb özəlləşdirib oturub üstündə.... heç olmasa danışmayən... Yoxsa böyük danışmağın indiki vəziyyətlə uyğunluğu yoxdur.

sual 2018-12-07 19:48:20

Bu bey kime ve neye xidmet edir boya basa catandan melum olmadi ya nasil bele olur

t.ədalətə XX-1-dən 2018-12-07 19:48:20

Ruslar Naxçıvanı Krımın gününə sala bilməzlər, çünki qars müqaviləsi vardır. İkincisi Rusun problemi məyər azdır ki, bir Naxçıvan problemini də özünə yapışdırsın? ....

samir 2018-12-07 19:48:20

bele sozleri 25 ildiki dejirsiniz

Məğrur Bədəlsoy, Qarabağ əlili 2018-12-07 19:48:20

Naxçıvan Ordusu, yox, Azərbaycan Ordusunun Naxçıvandakı birləşməsi. Elə Dilqəm və Şahbazı xilas etməyə qoşun yeritməyə əmr verilməlidir. Niyə verilmir?

Azərbaycan vətəndaşı 2018-12-07 19:48:20

Nə vaxt məmurların balaları Qarabağ uğrunda döyüşə gedəcək onda Qarabağı biz geri alacayıq.Kənar da günahkar axtarmaq lazım deyil.Günühı özümüzdə axtarmalıyıq.Qarabağın itrilməsinin səbəbi isə 90-cı illərdə Azərbaycanda hakimiyyət uğrunda gedən mübürizədir.Müharibə gedən ölkədə torpaqların müdafiəsi qçün çalışmaq lazımdi

EJDER 2018-12-07 19:48:20

DIQALAR DEDIKLERINI EDIRLER,SIZSE BOW BOW NAQILLAR DANIWIRSINIZ,OLMAYAN NI TERIFLEYIRSINIZ.LAZIM GELER ,IWLER DUZELER

T.Ədalətə 2018-12-07 19:48:20

Hərə bildiyini yazır.Doiğru və yaxud yalan fərqi yoxdur.

Oqtay 2018-12-07 19:48:20

Xam xəyallara düşməkdəndisə mən də deyirəm PUL VERƏN OLSAYDI ÖZÜMƏ TƏYYARƏ ALARDIM

Tahir 2018-12-07 19:48:20

O əmri vermək lazımdır. De versinlər də,niyə durmusan. Özün də deputatsan.

Azad Qarabaglı 2018-12-07 19:48:20

Bu ŞÜAR dogma evindən qovulmuşlara Qarabagı və BMТ ТŞnın operaтiv həll qəтnaməsini unuтdurmaq üçünmü? Kənar aləmdən heç nə ummadan onun (Qarabagın hərbi işgaldan edilməsi)məgzini araуaq. "Qeуd şərтsiz", уəni, "тəmənnasız və тəxirə salmadan" mənasını verir! "Biz" isə əksinə oz Konsтiтusion andımıza uуgun qəтnamənin тəcili icrasının тələbi əvəzinə İŞGALÇI ilə ingilis və RUSca sovdələşməуə gedirik? Cənab NAMİZƏD MV, nədən уekdil ULТİMAТUM qərarınızı cəfəng şüarlara buraxdınız???

BAKILI 2018-12-07 19:48:20

.... ermeniler artiq bizim torpaqlari wumlayirlar

t.ədalət 2018-12-07 19:48:20

Bizimkilərin əli Rusiyanın ətəyinə uzandıqca,hələ çox hadisələrin şahidi olacağıq.ermənistandan gələn xəbərlərin "mətbəxi" Rusiyadadır.Gəlin,özümüzü səfeh yerinə qoymayaq.Görünür,Rusiya Azərbaycanı işğal etmək üçün müxtəlif hoqqalar çıxarır.Naxçıvanın adını hallandırmaq lazım deyil.Yoxsa,ruslar oranı da Kırımın gününə salarlar..

hellas 2018-12-07 19:48:20

Ey canım-gözüm ("Qaynana" filmindən sitat) Yapon imperatorlarına müharibə lazım deyil. Çünkü o zaman nöyütün pulunu ...

aysberq 2018-12-07 19:48:20

Xahiş edirik şumlayanda bir az qabağa fikir verin. Kotanın ağzı daşa ilişib qırılar. İndiki metallar sovetin metalı deyil axı, kitayskidir. P.S. 25-30 ildə əlinizdən tutub saxlayan vardı, şumlayaydınız da...

G M 2018-12-07 19:48:20

``Əmr olarsa``...Anlamadım, əmri kim verməlidir ki.....

Son yazılar