Qəbir yerlərinin rezervasiyası qadağan edildi - Ər-arvad istisna sayıldı

Qəbir yerlərinin rezervasiyası qaydası müəyyənləşib.

"AzPolitika"nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol veriləcək. Bu hal istisna ilə, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilməyəcək.

Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir. Qəbir yerini rezervasiya etmiş ər (arvad) sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra onların qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdiriyyətini yazılı surətdə məlumatlandırmalıdırlar.

Qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqdan 5 gün müddətində Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə məlumat göndərməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar