SAMİR ŞƏRİFOV İRADLARA CAVAB VERDİ - “Bəzi qüvvələr qan çıxmayan yerdən...” + VİDEO

"Bəzi qüvvələr qan çıxmayan yerdə bəzi problemlər yaratmağa çalışırlar”.

"AzPolitika.info"nun məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov "Real TV”-yə müsahibəsində manatın məzənnəsi ilə əlaqədar ötən gün səsləndirdiyi fikrin manatın devalvasiyası kimi yozulmasına münasibət bildirərkən söyləyib.

S. Şərifov qeyd edib ki, dediyi hər bir sözün altına imza atmağa hazırdır: "Mən qeyd etmişdim ki, manatın kəskin möhkəmlənməsi iqtisadiyyatımız, ilk növbədə milli istehsal üçün faydalı deyil. Eyni zamanda ixracatla məşğul olan sahibkarlarımız üçün də faydalı deyil. Kim bununla bağlı mübahisə etmək istəyir, mən hazıram. Əslində mən büdcə qaydası prizmasından bu məsələyə toxunmuşdum. Çünki biz büdcə qaydası ilə hər il orta və uzunmüddətli dövrdə dövlət büdcəsinin, daha doğrusu, dövlət xərclərinin maliyyələşdirilməsi üçün neft daxilolmalarından istifadə səviyyəsin müəyyənləşdiririk. Bu, bizə nəyə görə lazımdır? Çünki neft daxilolmaları yüksək olduğu zamanlar istər-istəməz təzyiqlər arta bilər ki, biz bu vəsaitdən daha çox xərcləyək. Valyuta şəklindəki daxilolmalardan daxili öazara daha çox təklif edilirsə, yəni təklif tələbatı üstələyə bilər, bu zaman manatın məzənnəsinin möhkəmlənməsi üçün şərait yaranır. Yəni təklif var, alan yoxdur. Bu halda təklif edilən malın qiyməti enməyə başlayır. Bu, bazar qaydalarıdır. Bu zaman təklif edilən neft dollarlarıdır. Xarici valyuta da ucuzlaşmağa başlayır və müvafiq olaraq manat möhkəmlənməyə başlayır. Manatın möhkəmlənməsinin də milli iqtisadiyyatımıza mənfi təsir göstərdiyi mübahisə doğurmur. Şübhəsiz ki, həmin təsir qarşısının alınması üçün monitar orqanlarımız, ilk növbədə Mərkəzi Bank artıq olan həmin valyutanı bazardan almaq qərarına gəlir. Bununla da manatın əlavə möhkəmlənməsinə imkan vermir. 2018-ci ilin 10 ayına baxsaq, mərkəzi Bankın valyuta ehtiyatlarının 300 milyon dollar artdığını görəcəyik. Bu da manatın möhkəmlənməsinə təzyiqlərin olduğunu göstəricisidir. Bu təzyiqləri də Mərkəzi Bank artıq valyutanı bazardan almaqla sovuşdurub. Vəziyyət budur. Mərkəzi Bank buenu etməsəydi. Manat daha çox möhkəmlənəcəkdi və mən dediyim proseslər baş verəcəkdi. İndi bunu başqa cür adamlar başqa cür yozurlarsa, bu, bir az başqa məsələdir”.

Maliyyə naziri bu gün manatın möhkəmlənməsinə imkan verilmədiyi üçün belə bir prosesin olmadığını vurğulayıb: "Daha çox valyuta təklif edildiyi halda Mərkəzi Bank bazardan daha çox valyuta almaq məcburiyyətində qalacaq. Bu, nəyə gətirib çıxarır? Mərkəzi Bank dolları almaqla bazara daha çox manat emissiyasını həyata keçirir. Nəticədə iqtisadiyyatda pul kütləsi artır. Pul kütləsinin iqtisadiyyatda nəzarətsiz artması isə inflyasiya təzyiqlərinə gətirib çıxarır. Hər iki hal bizim üçün sərfəli deyil. Ona görə də büdcə xərcləri müəyyən çərçivədə olmalıdır ki, həmin xərclərin maliyyələşdirilməsi üçün daxili bazara həddindən artıq xarici valyutanı təklif etməyək. Çünki bu zaman biz Mərkəzi Bankın həyata keçirdiyi monitar siyasətə dəstək veririk. Yaxud, əksinə, biz daha çox valyutanı təklif etdikdə Mərkəzi bank tərəfindən daha riskli monitar siyasətin aparılmasına faktiki şərait yaradırır”.

635x100

Şərhlər

2+2=4 2018-12-08 00:41:43

Belə çıxışlar aydın göstərir ki, Azərbaycanda iqtisadiyyatın tənzimləmə sxemi təkmilləşdirilməlidir və ilk növbədə, siyasətin reallaşdırılmasının təşkilati strukturu - Maliyyə Nazirliyi və Mərkəzi bankın; Mərkəzi bank və Palatanın fəaliyyətlərinin əlaqələndirilməsi sxemi, siyasətin prioritetləri, qurumların siyasətin reallaşdırılmasında yeri (mövqeyi) və s.

sual 2018-12-08 00:41:43

Yol verilmiş səhvin düzəlişi: ....“möhkəmlənməsi,ölkə ixracının 95%-in”.....əvəzində olmalıdır....” zəifləməsi, ölkə ixracının 95%-in” (üzrlü hesab edin)

sual 2018-12-08 00:41:43

Cənab nazir!!! Ölkədə reallaşdırılan monetar və fiskal siyasətlər, onların əlaqələndirilməsi dünya təcrübəsində mövcud olan təcrübənin kifayət qədər sadələşdirilmiş variantıdır (nə qədər acı olsada bu, etiraf olunmalıdır, mövcud kadr bazası bundan artığına imkan vermir). Rusiyada bizim indi müzakirə etdiyimiz büdcə qaydaları 10 ilə yaxındır ki, istifadə olunur, dünya təcrübəsində isə bu qaydalar, məsələn Çilidə təbiq olunan, mis ixracı ilə əlaqədar, 50 ilə yaxındır. Biz hansı iqtisadi siyasəti reallaşdırırıq, onun əsaslandırılması barədə danışın!!! Şəxsən mənim bildiyimə görə Azərbaycan kimi ölkələrdə (iqtisadiyyatı xarici konyukturadan asılı olan ölkələr) xarici konyukturadan asılı olaraq (pozitiv, neqativ, neytral) fiskal və monetar siyasətlərin istiqamətləri, onların əlaqələndirilməsi elə korrektə olunur ki, sabitliklə yanaşı iqtisadi artım da bərpa olunsun. Variantlarda sadədir: fiskal siyasət iqtisadi artımı stimullaşdırırsa, monetar siyasət stabilləşmə istiqamətində reallaşdırılır və s. (dərsliklərdə var). Gəlin müzakirə edək cənab nazir, fikirlərinizlə bölüşün, nə üçün ölkə iqtisadiyyatı staqnasiyadan çıxa bilmir, neft gəlirlərindən fundamental asılılıq saxlanır??? Bəlkə köməkliyimiz dəydi reallaşdırılan siyasətin təkmilləşdirilməsinə!!!

sual 2018-12-08 00:41:43

......“mən nə demişəm hər bir sözümün altında imza atmağa hazıram - manatın kəskin möhkəmlənməsi iqtisadiyyatımız üçün, kim ixracatla məşğul olursa onlar üçün, faydalı deyil”..........bəli, cənab nazir, dərslikdə belə yazılıb. Lakin Azərbaycan iqtisadiyyatı dərslik deyil, hansı məzənnənin faydalı olması dərin əsaslandırmalar tələb edir. Görünən odur ki, manatın möhkəmlənməsi, ölkə ixracının 95%-in təşkil edən neft sektoru üçün (!!!) faydalıdır. Amma möhkəmlənən məzənnənin elə pozitiv təsirləri var ki, ölkə iqtisadiyyatının buna böyük ehtiyacı var: a) sosial sferada- ölkəyə idxalın ucuzlaşması ilə əlaqədar daxili inflyasiyanın zəifləməsi; (b) real sektorda - investisiya imkanlarının artımı, idxal olunan investisiya mallarının ucuzlaşması ilə əlaqədar; c) maliyyə sektoru üzrə - əmanət və depozitlərin səviyyəsi və strukturunda pozitiv dəyişikliklər, bank resurslarının strukturunda milli valyutada vəsitlərin pay çəkisinin sürətli artımı, bu səbəbdən, iqtisadiyyatda “dollarlaşma” səviyyəsinin azalması, milli valyutada kreditləşmə imkanlarının artımı, faiz dərəcəsinin enişi, iqtisadiyyatın canlanmasına müsbət təsirlər, komersiya banklarında valyuta mövqelərinin möhkəmlənməsi, inflyasiya səviyyəsi üzrə pozitiv gözləntilər və s. və s. Gəlin müzakirə edək cənab nazir, sizdə əsaslandırmalarınızı çıxarın ortaya, məndə, baxaq görək Azərbaycana hansı məzənnənin hədəflənməsi məqbuldur, zəruridir.

sual 2018-12-08 00:41:43

....“tənzimləmə çox sadədir, 2018-ci ilin 9 ayı ərzində MB-ın valyuta ehtiyatları 300 mln. Doll. artıb, nəyin hesabına, müvafiq manat kütləsi emissiya olunub..... Bu, inflyasiya təzyiqləri yaradır..... bununla kim mübahisə aparmaq istəyirsə mən hazıram müzakirəyə”.......cənab nazir mən sizinlə mübahisə etmək istərdim......)))))) 300 mln.doll ekvivalent manat emissiya olunduqdan sonra Azərbaycanda orta illik inflyasiya, ilin əvvəlindəki 5,5%-dən, 10 ay ərzində 2,4%-ə enib. Bəlkə ARDSK ilə də müzakirə aparasınız ik, niyə belədir???.....)))))))

mirzə 2018-12-08 00:41:43

Bu nazir heç düz əməlli məsəl da çəkə bilmir...qan çıxmayan yerdə.. Onu "qaşınmayan yerdən qan çıxarmaq" kimi deyirlər. Nədənsə heç Azərbaycan dilinin yeni yaradıcısı Şahin də düzəliş vermir...

yengibar 2018-12-08 00:41:43

O ki qalbı Beynəlxalq Banka, təbii ki, Rüstəmovla Şərifov cavabdehdir. Necə olur ki, xaricə 20 000 avro köçürəndə hamı bilir, milyardlar köçəndə kimsə bilmir? Ölkə iqdisadiyyatı yalanlar üzərində qurulub.Söylədikləri rəqəmlərin arxasında heç nə dayanmır.Vergilər nazirliyi guya "inqilabi islahat" aparır, amma oğru məmurların gəlir bəyannaməsi yada düşmür, torbanın dalını açıq qoyub ağzını sıxırlar.İnqilabi islahat onda olardı ki, bu nazirlər hər biri öz əmlakı və gəlirləri barədə bəyannamə verəydi.Nə isə..

yengibar 2018-12-08 00:41:43

Normal halda Şərifov istefa verərdi, təbii ki, cəsarəti çatsaydı!İqtisadiyyatla bağlı müzakirələrə də gedə bilərdi, savadı çatsaydı!Manatı məhv edən kölgə iqtisadiyyatıdır, onun da ocağı Şərifovun nazirliyindədir.Təhsil müəssisələrindən alınan "otkat"lardan Şərifovun xəbəri yoxdurmu?3-4 manatlıq A4 formatlı kağızı 49 manata, 19 manatlıq iran istehsalı olan arabanı (araba ha!) 89 manata alanlar Şərifovla əlbir deyillərmi? Ötən il Masallı Təhsil idarəsindən nə qədər pul almısan, yoldaş Şərifov?

hellas 2018-12-08 00:41:43

Sitat: "S. Şərifov qeyd edib ki, dediyi hər bir sözün altına imza atmağa hazırdır"! Guya bu imza atmaqla daha oğurlamayacaq??? Yoxsa başqaları oğurluq etməkdən tövbə edəcəklər. Ey Şərifov, yalandan özünə əl qatma.....

Vətəndaş 2018-12-08 00:41:43

Süni devalvasiyanın yaradlmasının bir neçə maxinasiya səbəbləri var. Birinci ölkə talanıb yüz milyar dollar dəyəri olan pul millətə atılıb. Yəni 1 dollar 78 qəpik olanda baş verib bunlar. Pulu da yüksək vəzifəli məmurlar klanlar oliqarxlar götürüb. Maliyə nazirliyi və milli bank da bundan xəbərdar olub və iştirak edib. Manatı indi çalışıb qiymətsiz kağız edəcəklər ki yüz milyardlarla dollaqr dəyəri olan atılmış manatı bir neçə milyon dəyəri olan manatla öldürsünlər basdırsınlar. Bunun da fəsadları çox pis o

Vekil 2018-12-08 00:41:43

Umumiyyetle vergi- maliyye birlesmelidir mutleq! Bilenler bilir niye su melarasiye komutesi kend teserufati nazirliyi ile birlesmelidir bele nazirlikler coxdur biri birini evezleyir ve xercini de devlet cekir BBankin o gune qalmasinin gunahgari birbasa maliyye nazirliyidir qurum sadece felaiyyetsizdir...

Kiçik iqtisadçı 2018-12-08 00:41:43

Əgər ölkədə güclü itisadi inkişaf varsa, (hər halda məmurlar deputatlar hamısı belə deyirlər) və yüz milyardlarla bəlkə trilyonlar neft pulu gəlibsə çıxış yolunu devalvassiyada süni maliyə-pul maxinasında axtarmaq yox başqa çıxış yolu tapmaq lazımdır. Bununçün də bilikli ağıllı vicdanlı iqtisadçılar lazımdır yoxsa talançı mafiya yox. Ölkədə pul kredit kimlərə verilib bütün əhaliyə məlumdur. Yəni sadə birinin nəinki milyon milyardlar heç 5-3 min götürməyi problemdir. Götürənlər də nə gündədir hamı bilir.

Veteran 2018-12-08 00:41:43

Yaxwi olar ki sen daniwanda "ikibawli" daniwmayasanki sonra da qan cixmayan yerden onu cixartmasinlar!

Son yazılar