İranda terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb

İranın cənub-şərqində yerləşən Çabahar liman şəhərində terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə Zahedan şəhər prokurorluğuna istinadən "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilir ki, şübhəli şəxslər İranın Sistan və Bəlucistan əyalətlərinin müxtəlif şəhərlərində tutulublar. Hazırda araşdırmalar davam etdirilir.

Cümə axşamı səhər Çabahar şəhərində terrorçu-kamikadze minalanmış avtomobil ilə təhlükəsizlik qüvvələri qərargahının ərazisinə keçmək istəyib. Ardınca partlayış baş verib və nəticədə 2 nəfər ölüb, daha 42-si yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar