Qar və çovğun İranın 12 vilayətini cənginə alıb

İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İsfahan, Tehran, Şimali Xorasan, Qəzvin, Kürdüstan, Kirmanşah, Lorestan, Mazandaran, Mərkəzi və Həmədan vilayətləri qar və çovğun altındadır. 24 dağlıq ərazidə zərərçəkənlərə yardım edilib.

Trend-in məlumatına görə, bunu İranın Xilasetmə və Yardım Təşkilatının sədr müavini Şahin Fəthi deyib.

Onun sözlərinə görə, 2 150 nəfərə yardım edilib, 103 nəfər müvəqqəti məkanlara yerləşdirilib. Həmçinin 321 avtomobil qardan çıxarılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar