Brüsseldə etirazçılarla polis arasında toqquşma olub

Şənbə günü Belçikanın paytaxtı Brüsseldə "Sarı jiletlilər" hərəkatının iştiakçıları ilə polis arasında qarşıdurma baş verib.

“Report” "Le Soir" nəşrinə istinadla xəbər verir ki, polis nümayişçilərin onlara fişəng atmasından sonra su şırnağı tətbiq edib.

Nəşrin məlumatına görə, iğtişaşlar zamanı bir neçə nəfər saxlanılıb.

Etiraz aksiyasında azı 400 nəfər iştirak edib.

Bundan əvvəl Parisdə "Sarı jiletlilər"in etiraz aksiyası zamanı 30 nəfər xəsarət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar