“AZƏRSUN HOLDİNQ”in POMİDORLARINI RUSİYADA BELƏ ƏZDİLƏR - FOTO/VİDEO

Rusiyanın Tomsk şəhərində ilk dəfə çox təhlükəli Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkarlanıb. Özü də Azərbaycandan ixrac edilən pomidorlarda. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu haqda “Rosselxoznadzor”un regional idarəsi məlumat yayıb.

“Tomsk vilayəti üzrə “Rosselxoznadzor”un regional idarəsi Azərbaycandan daxil olan qarantin altındakı yükə-təzə “çerri” pomidorlarına baxış zamanı təhlükəli qarantin obyekti-Cənubi Amerika pomidor güvəsi aşkarlanıb”-məlumatda deyilir.

Əlavə edilir ki, həmin məhsulun yoxlanılması zamanı təhlükəli zərərvericinin həyat qabiliyyətli süfrələri də aşkarlanıb.120 kiloqram pomidor Tomas gömrüyünün əməkdaşları və yükün daxil olduğ “EvroLogistik” MMC şirkətinin nümayəndələrinin iştirakı ilə bərk məişət tullantıları poliqonunda məhv edilib.

Məlumatda deyilir ki, həmin pomidorun qida kimi istifadə edilməsi mümkün deyil, təhlükəlidir.

“Rosselxoznadzor” təhlükəli zərərvericilərin aşkarlandığı pomidorların məhv edilməsinə dair görüntüləri də yayıb. Belə məlum olur ki, həmin məhsul Azərbaycanda “Gözəl Təbiət” MMC adlı müəssisənin "Green Tech" istixanalarında istehsal olunub.

“Gözəl Təbiət” MMC Azərbaycanın iri kənd təsərrüfatı və ərzaq istehsalçısı “Azərsun Holding”in tərkibinə daxildir.

Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi pereparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərəverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.

 

 

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycandan bu ölkəyə aparılan pomidorlarda Cənubi Amerika mənşəli tomat güvəsi xəstəliyi aşkar ediblər.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, fakt ölkədə ilk dəfə olaraq Tomsk vilayətinin ərazisində qeydə alınıb.

Qurumun məlumatında deyilir ki, Ümumrusiya Bitkilərin Karantini Mərkəzinin Federal Dövlət Büdcə Təşkilatının Tomsk filialının qərarına əsasən, qeyd edilən məhsullarda canlı sürfələr aşkar edilib. Mütəxəssislər bildirib ki, Cənubi Amerika mənşəli tomat güvəsi, əsasən, məhz pomidorlara yoluxur. Onun sürfələri bitkinin yaşıl hissəsinin yumşaq toxumaları ilə qidalanır, yarpaqları yeyərək sonda ancaq şəffaf qabıq saxlayırlar. Bundan sonra zədələnmiş məhsul satış və istifadə üçün yararsız sayılır.

Qeyd edək ki, 120 kiloqram həcmində belə məhsul bərk məişət tullantıları poliqonunda məhv edilib.

635x100

Şərhlər

S.H. 2018-12-10 15:58:31

Azersun ozu Azerbaycan Xalqinin canina dusmus bor guvedir. Dermani gec tez tapilacaq. Planli sekilde xalqi qirmaqla mesquldu. Allah belalarin versin. Verecekde. Pomidor da getdi pambiqin dalinca..... nece de olke mehv olur...

t.ədalət 2018-12-10 15:58:31

"Azərsun" gəlişi ilə Azərbaycana dərd gətirdi.Onun istehsalı mağazalara yol tapandan sonra diabetik xəstələrin sayı artdı.Görəsən,bu yezuitin nazına nə qədər dözəcəyik?Sonuncu adamlarımız ölənədəkmi?

Mehdi 2018-12-10 15:58:31

120 kq?Gulmeli deyilmi?Azersun rusiyaya 120 kq pamidor aparib?...

mubariz 2018-12-10 15:58:31

Azersun inhisrçi bir teskilatdir. Belke de bu zerervericileri qesden yayir. Imishli sheker fabrikasinda ikili muhasibat sistemi ile 5000 nefer adam calisdirib ve orda hec min nefer qanunu ishci yoxdur. bu vergiden yayinmaq uchun olan firildaqdir. ogurluqdur....

Son yazılar