"Məmurlar gətirib pul verəcəklər, sabah da deyəcəklər ki..." - Abdolbari Goozal

“Mən mənfəətə çıxarmadığım heç bir müəssisənin səhmlərini IPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarmaram”.

Bunu “Report”a açıqlamasında "Azersun Holding” MMC-nin sahibi Abdolbari Goozal deyib.

O, bu barədə "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmdar cəmiyyətə çevrilməsi və səhmlərinin satışa çıxarılması ehtimalına münasibət bildirərkən danışıb və zavodun hələ ki, zərərlə işlədiyini bildirib.

“İmişli Şəkər Zavodu bir neçə ildir ki, yaxşı maliyyə nəticələri göstərmir, zərərlə işləyir. İstəyirik ki, yeni, müasir texnologiyalar tətbiq etməklə məhsuldarlığı artıraq və zavodu ilk öncə mənfəətə çıxaraq. Çünki mən məsuliyyət daşıyıram. Məmurlar gətirib pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı. Məni həm yamanlayacaq, həm də bəd dua edəcəklər", - deyə iş adamı qeyd edib.

635x100

Şərhlər

Oqtay 2018-12-10 17:02:13

Mətndən belə başa düşdüm ki pul ancaq məmurlarda olur. görəsən maaşa işləyən məmur pulu haradan alır. Çünki mən məsuliyyət daşıyıram. Məmurlar gətirib pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı.

EJDER 2018-12-10 17:02:13

BU DEMEK ISTEYIR KI,HARAM PUL ANCAQ MEMURDA OLUR...BES INKIWAF NE OLDU,ALDIM QOZ,SATDIM QOZ......ESAS MONOPOLISTDI ...

Son yazılar