“O saxta video - montajı onu yayanların vicdanına buraxıram” - Ziyafət Əsgərov

Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin son iclasında spiker Oqtay Əsədovla aralarında dialoqdan bəhs edən videonun saxta və montaj olduğunu bildirib.

Ziyafət Əsgərov “Report”a müsahibəsində bildirib ki, bu, saxta video - montajdır.

Bu saxta video - montajı onu yayanların vicdanına buraxıram. Mənim əxlaqım, tərbiyəm, yaşım və statusum heç vaxt imkan verməz ki, hörmətli Sədrimizə “sən” deyə müraciət edim”-deyə, sədrin birinci müavini vurğulayıb.

Qeyd edək ki, son günlər bəzi internet resurslarda, sosial şəbəkələrdə Milli Məclisin spikeri ilə birinci vitse - spikeri arasında iclas zamanı parlamentin 100 illiyə ilə bağlı dialoq barədə video-audio material yayımlanıb.

635x100

Şərhlər

Bashirov Qarib 2018-12-10 17:41:50

Duz deyir,zatən,vəzifədə böyuk olan birisinə sən deyə muraciət edə bilməz. Buna tərbiyəsi,statusu və aldıgı mandat imkan verməz.Yoxsa,o qədər irəliləməsinə imkan verməzdilər.

sual 2018-12-10 17:41:50

yalan deyil....

Son yazılar