30 yaşlı kişi xəstəxanada ölüb

Cəlilabad rayonunda 30 yaşlı kişi xəstəxanda ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Qarazəncir kənd sakini, 1988-ci il təvəllüdlü Emin Aslan oğlu Mehbalıyevin halı pisləşib. O, yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Mehbalıyev mağazadan aldığı şirniyyatdan (bulku) zəhərlənərək öldüyü iddia edilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar