Gürcüstanda keçmiş nazir müavini bıçaqlanıb

Gürcüstanın ədliyyə nazirinin keçmiş müavini, Xüsusi Penitensiar Xidmətin sabiq rəhbəri Zviad Mixanaşvili bıçaqlanıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hadisə ötən gün Tbilsinin Tsxneti qəsəbəsində yerləşən restoranlardan birində qeydə alınıb.

Z.Mixanaşvili ilə yanaşı, iki nəfər də yaralanıb. Hadisənin keçmiş məhbus tərəfindən törədildiyi bildirilir.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətlərinin sabit olduğunu bildiriblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar