“Siyavuş Novruzov üzvlük üçün müraciət etsə qəbul edilə bilər” - Pənah Hüseyn

“Qarabağ Komitəsi yeni bir siyasi partiya, siyasi birlik, QHT və ya QHT-lər alyansı deyil. Bu, təşkilat olmaqdan daha artıq bir hərəkatdır, Qarabağ uğrunda Qarabağ naminə xalq hərəkatıdır, müqavimət hərəkatıdır. Odur ki, ənənəvi mənada başa düşülən təşkilatlanma anlayışı da burda yerinə düşmür”.

"AzPolitika" bildirir ki, bu sözləri Azərbaycanın sabiq baş naziri, Qarabağ Komitəsinin üzvü Pənah Hüseyn musavat.com-a müsahibəsində deyib.

Onun sözlərinə görə, yerlərdə insanlar özləri təşəbbüs göstərib dayaq dəstələri, dəstək qrupları, təəssübkeşlər şəklində bu hərəkata qoşulur: “Hətta bizim təklifimiz odur ki, burda etnik mənsubiyyət, vətəndaşlıq da şərt deyil. Hazırda Qarabağ Komitəsinin Cənubi Azərbaycan qolunun yaradılması barədə ciddi təşəbbüslər var”.

P.Hüseyn bildirib ki, Qarabağ Komitəsində kifayət qədər hakimiyyətin daxili və xarici siyasətinə münasibətdə loyal olan şəxslər də var: “Biz bu yaxınlarda indiki hakimiyyətə radikal müxalifət mövqeyindən çıxış edən mühacir Qurban Məmmədovu onun təkidli müraciətlərindən sonra Komitəyə üzv qəbul etdik. Sabah radikal iqtidarçı Siyavuş Novruzov, ya bir başqası Qarabağ Komitəsinə üz olmaq üçün müraciət edərsə o da qəbul edilə bilər. Əsas məsələ Komitənin əsasnaməsindəki məqsəd və hədəflərlə razılaşdığını bəyan etməkdir. Yeri gəlmişkən, Qarabağ Komitəsi təkcə hakimiyyət tərəfindən yox, nüfuzlu müxalifət qruplarının bəziləri tərəfindən də birmənalı qarşılanmır və dost olmayan münasibətlə üzləşir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar