İraq İŞİD üzərində qələbənin ildönümünü qeyd edir

İraq ərazisində İŞİD (“İraq və Şam İslam Dövləti”, yaxud da İSİL – “İslamic State of İraq and Levant”) terrorçu təşkilat üzərində qələbənin ildönümü təntənəli şəkildə qeyd edilir.

2017-ci il dekabrın 9-da baş nazir Heydər əl Abadi üç il davam edən müharibənin yekunu olaraq qələbə çaldıqlarını bəyan etmişdi. Bu münasibətlə dekabrın 10-u qeyri-iş günü elan olunub. Tədbirlər planı çərçivəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmək, həmçinin Bağdadda dövlət idarələri və xarici səfirliklərin yerləşdiyi “yaşıl bölgə”nin bir hissəsini ictimaiyyətin üzünə açmaq nəzərdə tutulur.

Bununla belə, ölkədə hələ də İŞİD-in “yatan hücrə”ləri tərəfindən vaxtaşırı hücumlar həyata keçirildiyi bildirilir.

İraq hökumətinin hesablamalarına görə, müharibə zamanı viranə qalmış bölgələrin bərpası 88,2 milyard ABŞ dollarına başa gələcək.(“Report”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar