ELMİ ADLARIN və DƏRƏCƏLƏRİN VERİLMƏSİNDƏ İNQİLABİ DƏYİŞİKLƏR HAZIRLANIR - Prezidentin sərəncamı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. "AzPolitika.info"nun məlumatına görə, sərəncamda deyilir:

"Son illər Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilmişdir.

Bununla yanaşı, müasir dövrün çağırışları yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması ilə əlaqədar vahid dövlət siyasətinin gerçəkləşdirilməsində, elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi, qiymətləndirilmə və proqnozlaşdırılma mexanizmlərinin təkmilləşdirilməsi və səmərəli istifadəsində qabaqcıl beynəlxalq təcrübənin, yeni idarəetmə modelləri və innovativ həllərin tətbiqini zəruri edir.

Bu istiqamətdə elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında ölkə üzrə informasiya resurslarının müasir texnologiyalar əsasında formalaşdırılması, vahid elektron informasiya sisteminin yaradılması, elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılmasında elektron hesabat formalarının, elmmetrik və ekspert yanaşmalarına əsaslanan metodika və meyarların hazırlanması, həmçinin elm sahəsində diaqnostik təhlillərin gücləndirilməsi məsələləri mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasının təkmilləşdirilməsi və elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası iki ay müddətində:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, tabeliyində elm və təhsil müəssisələri olan qurumların təkliflərini nəzərə almaqla, elmi dərəcə və elmi adların verilməsi qaydalarının, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, elmi tədqiqatlar haqqında məlumat bazasının yaradılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, eləcə də analitik, statistik təhlillərin və hesabatların keyfiyyətinin yaxşılaşdırılması üçün vahid elektron məlumat sisteminin yaradılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".

"AzPolitika.info"qeyd edir ki,  Prezidentin bu sərəncamı elmi adların verilməsində çoxdandır müzakirə olunan təkliflərin reallşdırılacağından xəbər verir.  Belə ki, bir çox tanınmış alim uzun müddətdir elmi adların və elmi dərəcələrin verilməsində hələ də saxlanılan köhnə qaydaların dəyişdirilməsinin zəruri olduğunu bildirirlər.  Sovet dövründən qalan əsasnaməyə uyğun olaraq elmi adlar verilməsində  hələ də kəmiyyət ölçüləri qalır. Müəyyən sayda  məqalən olmalıdır, müəyyən sayda dərs vəsaitin və sair kimi tələblər irəli sürülür.  Ancaq bir çox hallarda bu əsərlərin,  məqlələrin keyfiyyəti nəzərə alınmır.

Ona görə də, bir sıra tanınmış alimlər  elmi adların verilməsində bu gün də davam etdirilən kəmiyyət ölçülərinin keyfiyyət göstəriciləri ilə əvəzlənməsini təklif edirlər.

Bundan əlavə bir neçə mərhələdən ibarət yorucu müdafiə prosesinin aradan qaldırılmasının, elmi adların verilməsinin universitetlərə həvalə olunmasına dair təkliflər var.

Bu təkliflərdən hansıların, necə reallaşdırılacağını zaman göstərəcək. Ancaq görünən odur ki, elmi adların və elmi dərəcələrin verilməsində inqilabi dəyişikliklər gözlənilir.

Elman 

AzPolitika.info

635x100

Şərhlər

Mirzə 2018-12-11 00:02:23

Əsas məsələ həll olsa elmdə bəlkə gələcəyə ümid olabilər: 1)Elmlər doktoru ləğv olunmalıdır.

helime 2018-12-11 00:02:23

eger fexri adlari ,yalniz, layiq olan,savadli insanlar alacaqsa,bes, iki essheyin arpasini bole bilmeyen bezi memur ovladlari nece olacaq? Her halda onlar nezere alinar,qanunda bir boshluq tapilar onlarin xeyrine,Axi,onlarin ekseriyyeti namized ve doktor olnaga chalishirlar/

Fərman 2018-12-11 00:02:23

Xarici ölkələrin təcrübəsindən bildiklərim belədir ki, hər ixtisas üzrə prestijli sayılan jurnalların elektron siyahısı vardır ki, həmin siyahıda dərc olunan elmi məqalə öz müəllifinin elmi fəaliyyətinə əsas götürülür. Bu siyahıda əvvəl gələn bir qrup jurnallar A kateqoriyası, sonra gələn B və nəhayət C kateqoriyalarına bölünür. Bu kateqoriyalara girən jurnalların siyahısı müxtəlif ölkələrdə müxtəlif gələ bilir. Məsələn, bu qaydanın Türkiyə cumhuriyyətində, İtaliya Universitetlərində, ABŞ Universitetlər

Cəmşid Dərələyəzli 2018-12-11 00:02:23

Bəli bu gün Azərbaycanda elmi işlə məşqul olan hər kəs bilir ki, başqa sahələrdə olduğu kimi, bu sahədə də işgəncə və alver höküm sürür. Həddindən artıq çoxlu müdafiələr- yəni şöbə, şöbələr, institut, elmi şura, VAAK, rəylər , minimumlar və bu prosedurların elm instutlarında kök salmış qocalar tərəfindən qəlizləşdirilməsi elmə meyil edən gənc nəsli yoraraq elmdən uzaqlaşdırır. Nəticə də isə bu tendensiya elmə aidiyyatı olmayan pullu və savadsız məmur və biznesmenlerin elmi dərəcələr almasına nədən olur. Hansı ki, onların i bu sahədə heç özlərinə bir faydası olmur, qalaki də ölkə ola. . İnistutut işçiləri isə sanki özlərinin zamınında onlara edilmiş zülümlərin qisasını alırlar. İkinci bir tərəfdən isə , elmi adın mərtəbəli olması məntiqsizdir və əlavə yükdür. Necə ola bilər ki, elmilər namizədi ol, səniə alim desinlər. Bu anormallıqdır. Sanıram bu bir dəfəlik doktorluq dissertasiyası ilə həll olunmalı, elmi dərəcə -alimlik o zaman verilməlidir. Üçüncüsü cənab Prezidentin bu sərəncamı çərçivəsində ən azı 70 yaşdan yuxarı alimlər elm ocaqlarından uzaqlaşdırılmalıdırlr. Sadəcə olaraq ayıbdır. Dünən Elmilər akademisyasında iclasas gedirdi baxırsan utanc verici. İnşallah bu sərəncamdan sonra bu sahəyə də bir düzən gəlr.

Bulağ Dədə 2018-12-11 00:02:23

Bir çox hallarda elmi biliyinə şübhə etdiyin adamlar müxtəlif yollarla bir də görürsən laiq olmçadığı elmlər doktoru adını alır. Onlardan biri də demək olar ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri hüquq elmləri doktoru Fuad Cavadovu söyləmək olar.

G M 2018-12-11 00:02:23

Ölkədə 1997-ci ildən sonra verilən elmi dərəcələrin bir çoxu ANS-in ``İlin adamı`` kimi lominasiyalar hamısı ``Reket`` jurnalistlərin təsis elədikləri ``Mükafatlar`` səviyəsindədir.Adamlar var ki, Alimlik dərəcəsi alırlar.Elmi işlərinin adını da bilmirlər

Famil 2018-12-11 00:02:23

Agliniza geleni yazin,hec bir elmi yuku olmayan meqaleni gonderin Rusiyada VAK in siyahisinda olan jurnallara.Seheri gunu ekser redaksiyalar mueyyen mebleg qarwiliginda hemin meqaleni cap etmeye hazir olduqlarini bildirecekler.baxin, her mudafie eliyenin minumum bir ve ya bir nefe meqalesi mdb mekaninda cap edilib.bu minvalla da her il yuz minlerle pulu menasiz yere kimlere ise gonderirik.bunun ne manasi var axi...

Famil 2018-12-11 00:02:23

Bu sahede hazirki veziyyet olduqca acinacaqlidir.Ya esasli deyiwiklikler edilmeli, ya da umumiyyetle elmi derece ve adlar legv edilmelidir.son illerde normal kurs iwi seviyyesinde olmayan (neinki diplom iwi) iwler mudafie edilir.xaricde meqale cap edilmesi ile bagli wert de menasiz bir weydi.her mudafie eliyen wexs minumum bele meqale ucun 300,500 manat olkeden xarice menasiz yere pul gondermeli olur.inanmirsinizsa, internetden bir meqaleni goturub rusiyada vak in siyasinda olan jurnallara gonderin

Son yazılar