«Qərb üçün Rusiya terrorçulardan da təhlükəlidir» - Belçikanın müdafiə komandanı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Belçikanın müdafiə əməliyyatları komandanı Karl Gillis «Paris Match» nəşrinə verdiyi müsahibədə bəyan edib ki, bu gün Rusiya «Qərb üçün beynəlxalq terrorçuluqdan daha böyük təhlükə mənbəyidir».

O, Rusiya Prezidentinin siyasi məsələlər üzrə müşavirinin NATO ölkələri nümayəndələri ilə görüşünün nəticələrinə əsasən bu fikirə gəlib. Görüş bu günlərdə Romadakı Müdafiə Kollecində baş tutub. Onun sözlərinə görə, bu tədbirdə «terrorçuluq mövzusu demək olar qaldırılmayıb, «Rusiya təhlükəsi isə»  bütün çıxışlarda yer alıb».

Gillis bəyan edib ki, Rusiya nümayəndəsinin çıxışından guya, belə çıxır ki, Moskva dünya gücü statusunu möhkəmləndirmək niyyətindədir. Bu məqsədlə də üzünü Asiya-Sakit okean bölgəsinə çevirir . Bu bölgə dünyada getdikcə daha mühüm rol oynamağa başlayır.

«Rusilar hesab edirlər ki, biz, artıq çoxqütblü postamerika dünyasına daxil olmuşuq. Ona görə də artıq ABŞ-ın diktətələrini qəbul etmirlər» -deyə, Gillis qeyd edib. Əlavə edib ki, indi Rusiyanın məqsədi yerlərdə öz təsirini bərpa etməkdən ibarətdir. Hansı ki, əvvəllər bu yerlər onun sərhədləri boyunca bufer zona rolunu oynayıb.

Gillis onu da bəyan edib ki, Rusiya nümayəndsi ölkəsinin nəyin bahasına olursa-olsun, başqa ölkələrin «hörmət»ini qazanmağa çalışacağına işarə vurub. Guya, Rusiya Avropa İttifaqını və NATO-nu zəif salmaq məqsədilə onların vahidliyini (həmrəyliyini) pozmaq üçün səylər göstərir.

Belçikalı komandan bildirib ki, Rusiya «özünü «qaynar nöqtələr»lə əhatə olunmuş kimi görür. Belə nöqtələr aşağıdakılardır: Suriya, Krım, Baltik ölkələri və Kalininqrad, Qafqaz, Əfqanıstan və bəzi başqa ölkələr.

O, əlavə edib ki, öz məqsədlərinə çatmaq üçün Rusiya müxtəlif «hibrid üsul»lara əl atacaq: məsələn, çasusluğa, siyasi təzyiqə, sosial şəbəkələrdə dezinformasiya yaymağa, kibermüdaxiləyə və digər üsullara...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar