Rusiyanın 2 ədəd "Tu-160" raketdaşıyıcı təyyarəsi Venesuelaya gəlib - Təlimlərdə iştirak edəcəklər

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Rusiya hərbi-kosmik qüvvələrinə (HKQ) məxsus iki ədəd strateji raketdayıcı "Tu-160" təyyarəsi Venesuelaya gəlib. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi xəbər verib.

Bundan əvvəl «Washington Free Beacon» nəşri xəbər verib ki, Rusiya Federasiyası strateji qüvvələrinin "Tu-160" bombardmançıları aviabazadan havaya qalxaraq, silsilə hərbi təlimlər keçirmək məqsədilə Venesuelaya uçublar.

Nəşr qeyd edib ki, Pentaqon Rusiya bombardımançılarının uçuşunu diqqətlə izləyəcək. Bu təyyarələr ABŞ ərazisindəki hədəflərə qanadlı raketlərdən zərbələr endirməyə qadirdir.

Xəbər verilir ki, marşrutun müəyyən mərhələlərində təyyarələri Norveç qırıcıları müşayiət ediblər. Marşrutun uzunluğu 10 min kilometr təşkil edib. Ekipaj Venesuelada təntənə ilə qarşılanıb. Mərasimdə Rusiyanın bu ölkədəki səfirliyinin nümayəndələri, Venesuela rəsmilər və hərbçiləri iştirak ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar