Avropa limanlarını Rusiya gəmilərinin üzünə bağlayır - Maliyyə axınlarının da yolu bağlanır

Rusiya bankları SWIFT beynəlxalq tranzaksiyalar sistemindən çıxarıla bilər. «AzPolitika.info»-nun xarici KİV-istinadla verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib.

SWİFT şəbəkəsinin Belçika qanunları əsasında tənzimlənməsinə baxmayaraq, amerikalılar onu Rusiyaya təzyiq rıçaqı qismində öz siyahısına daxil edib. Hətta avropalı müttəfiqlərinin maraqlarını qurban verməyə də hazırdırlar. Təki Rusiyanın maliyyə sistemini tezləşdirilmiş rejimdə ödənişlər həyata keçirmək imkanlarından məhrum etmək mümkün olsun.

«İnsanlar SVİFT-i «nüvə opsiyası» adlandırırlar» - deyə, Volker «Amerikanın səsi»nə izah edib. «Bu (Rusiyanın sistemdən çıxarılması), bütün iştirakçıları xərcə salacaq. Rusiyanı daha çox xərcə salacaq, amma müttəfiqlər üçün də böyük xərclər olacaq» - deyə, diplomat eiraf edib, ancaq təkrar edib ki, bu, «qaçılmaz qurbandır».

«Biz, belə variantın mümkünlüyünə baxmalıyıq, çünki biz, bundan sonra da oturub gözləyə bilmərik ki, Rusiya qonşularına yönəlik yeni aqressiv addımlar atsın» - deyə, Volker bəyan edib.

Aydındır ki, söhbət noyabrın 25-də Kerç boğazında baş vermiş insidentdən gedir. İnsident zamanı Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) güc tətbiq etməklə Ukraynanın hərbi gəmilərini saxlayıb. Ekipajı isə 2 ay müddətinə həbs edib.

Bu vəziyyət Kiyevin və onun Qərb tərəfdaşlarının xoşuna gəlməyib. Ona görə də müxtəlif təhdidlər altında həmin dənizçilərin vətənə qaytarılmasını Moskvadan tələb edirlər.

Məsələn, göstərirlər ki, əks halda Krımdan və Azov dənizindən çıxan Rusiya gəmiləri Avropa limanlarından məhrum ola bilərlər.

«Bu, çox güclü və çox orijinal addımdır - Baxaq, görək onlar bu addımı atacaqlarmı?» - deyə, Volker bildirib və xüsusi vurğulayıb ki, bu təşəbbüs avropalıların özlərindən qaynaqlanır.

Bundan əvvəl Almaniya Xristian-demokratik ittifaqının Baş katibi xanım Anneqret Kramp-Karrenbauer bəyan edib ki, Avropadakı limanların Rusiyanın üzünə bağlanmasını bu ölkənin rəhbərliyinin siyasətinə effektiv bir təsir üsulu kimi qiymətləndirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar