"Türk dilində “Məmur” sözü fərqli məna kəsb etməkdədir" - “Azersun Holding”

“Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdolbari Goozalın “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmlərinin İPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarılması ilə bağlı verdiyi açıqlama yanlış anlaşılıb.

“Report” xəbər verir ki, bu barədə holdinqin yaydığı müraciətdə bildirilir.

“A.Goozal şirkətinin səhmlərini orta təbəqəyə aid insanların və məmurların alacağını qeyd edib. Türk dilində “Məmur” sözü Azərbaycan dili ilə müqayisədə fərqli məna kəsb etməkdədir və “orta, alt təbəqə dövlət qulluqçuları” deməkdir. A.Goozal də açıqlamasında sahibkarlarla yanaşı bu zümrəni nəzərdə tutub”.

635x100

Şərhlər

Mirzə AĞ 2018-12-11 11:11:44

Təxribatdır! Heç bir fərqi yoxdur - Türkiyə ləhcəsində də, Azərbaycan türkcəsində də "məmur" kəlməsi eyni məna kəsb edir... Dili "parçalamayın!"

t.ədalət 2018-12-11 11:11:44

A.Goozlın gündəmdə olması onun siyasi meydana marağından irəli gəlir.Adətən,xarici ölkədən gələn "iş adamları" gəldiyi ölkələrin pulundan faydalanmaqla məşğul olurlar.Onun siyasi meydana atılmaq hissi gələcəkdə problemlər yarada biləcəyini istisna etmir.Ola bilsin ki,Faiq Ağayev kimi deputatlıq da ürəyindən keçsin..

Son yazılar