Vasif Talıbovun sabiq müavini vəfat edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin sabiq birinci müavini Abutalıb Qasımov vəfat edib.

Bu barədə “Report”a mərhumun qohumları məlumat verib.

A.Qasımov Culfanın Saltaq kəndində dəfn edilib.

Xatırladaq ki, A.Qasımov 1956-cı ildə Culfa rayonunun Saltaq kəndində anadan olub. O, 1994-1995-ci illərdə Naxçıvanın təhsil naziri, 1995 - 2000-ci illərdə Naxçıvan Muxtar Respublikasın Ali Məclisi Sədrinin birinci müavini vəzifəsində işləyib. 1995-2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olub.

635x100

Şərhlər

surxay 2018-12-11 13:46:09

Allah rəhmət eləsin.Sadə və təvəzökar insan idi.Allah yaxınlarına səbr versin

Son yazılar