Ermənistanda rusiyalı hərbçi qətl törətməkdə şübhəli bilinir

Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasının hərbçisi yerli sakin olan bir xanımı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda hadisənin təfərrüatı açıqlanmır.

Daha əvvəl verilmiş məlumata əsasən, dekabrın 3-də Gümrü şəhərində 57 yaşlı xadimənin döyülərək öldürülməsilə bağlı cinayət işi başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar