Türkiyədə polis əməkdaşı rəisini güllələyərək öldürüb - 2 nəfəri yaralayıb + FOTOLAR

Türkiyənin Rize şəhər Polis idarəsinin rəisi Altuğ Verdi polis məmurunun açdığı atəş nəticəsində ölüb.  “Hürriyet” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, polis məmurunun açdığı atəş nəticəsində rəisin cangüdəni və bir şöbə müdiri  də yaralanıb. Nazir deyib ki, polis əməkdaşlarından faktla bağlı ifadə alınır. Hadisənin başvermə səbəbi araşdırılır.

Hadisəni törətməkdə şübhəli bilinən polis əməkdaşı tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar