Braziliya BMT-nin miqrasiya paktından geri çəkilir

Braziliyanın yeni hökuməti BMT-nin ötən gün qəbul edilən miqrasiya paktından çəkilmək niyyətindədir.

“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə yeni hökumətdə xarici işlər naziri vəzifəsinə təyin olunacaq Ernesto Araujo özünün “Twitter”dəki səhifəsində yazıb.

“Prezident Jair Bolsonarunun hökuməti BMT-nin Mərakeşdə qəbul olunan və problemin həlli üçün yararsız vasitə olan dünya miqrasiya paktından çəkiləcək”, - E.Araujo qeyd edib. Onun fikrincə, immiqrasiya məsələsi qlobal miqyasda yox, ayrı-ayrı ölkələrin gerçəkliyi və suveren hüquqlarına uyğun həll edilməlidir.

Qeyd edək ki, ölkənin yeni seçilmiş Prezident Jair Bolsonaru 2019-cu ilin 1 yanvar taixində and içdikdən sonra hökumət fəaliyyətə başlayacaq.

Xatırladaq ki, ötən gün Mərakeş şəhərində iclası keçirilən BMT-nin Hökumətlərarası Konfransı 164 ölkənin müxtəlif səviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal Təhlükəsiz, nizamlı, qanuni miqrasiya paktı”nı təsdiqləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar