"Makronun çıxışı gecikmiş cavabdır" - Fransalı deputat

“Makron xalqı təhqir edərək yaralılar barəsində bir söz belə demədi”.

“Report” Fransada çıxan “Liberation”a istinadən xəbər verir ki, bunu Fransa Parlamentinin üzvü, Fəth Edilməyən Fransa Partiyasının lideri Jan-Lük Melanşon Prezident Emmanuel Makronun dekabrın 10-da televiziya vasitəsilə xalqa müraciətini tənqid edərkən vurğulayıb.

“Makron zamanı səhv salıb. O, aztəminatlı vətəndaşları, işsizləri, qismən işlə təmin olunanları, təhsil alan gəncləri unudub”, - deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, ölkə üzrə etiraz aksiyası davam edəcək: “Vətəndaş inqilabı daha böyük olacaq”.

Parlamentdəki Sosialistlər fraksiyasının lideri Valeri Rabo Prezidentin çıxışını “gecikmiş cavab, xülya” adlandırıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada avtomobil yanacağının qiymətinin bahalaşacağına qarşı etiraz aksiyaları keçirilir. Dekabrın 10-da Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciət edib.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-12-11 19:32:21

Səhv etmirəmsə böyük Eynişteyinin sözüdür.Dünyanı Sosializm xilas edəcək.Öncəgörənlərin dediyinə görə 2019-çu il Avropa ücün faciələrlə dolu bir olacaq.Artıq baş verəcək faciələrin işartıları görünmək üzrədir.

Son yazılar