"Britaniya üçün geriyə yol yoxdur" - Avropa İttifaqı

Avropa rəsmiləri Böyük Britaniyanın Avropa Birliyindən çıxması (Brexit) ilə bağlı razılaşmaya yenidən baxılmasının mümkünlüyünü istisna ediblər.

Böyük Britaniyanın baş naziri Tereza Mey dekabrın 11-də Berlində Almaniya kansleri Angela Merkellə bu məsələni müzakirə edib. Amma Almaniyanın DTP agentli adı çəkilməyən mənbələrə istinadla xəbər verir ki, Merkel deyib ki, “Brexit”lə bağlı növbəti danışıqlar olmayacaq.

Avropa Komissiyasının prezidenti Jan Klod Yunker də bildirib ki, Avropa Birliyi ilə Britaniya arasında əldə edilən razılaşma ən yaxşı mümkün variantdır.

Qeyd edək ki, Tereza Mey “Brexit”lə bağlı dekabrın 10-da parlamentdə keçirilməli olan səsverməni təxirə salamalı olub. Razılaşmanı parlamentdən keçirmək üçün baş nazirin lazımınca dəstəyi yoxdur.

İndi Tereza Mey çətin vəziyyətə düşüb.Onun sözçüsü bildirib ki, hökimət məsələ ilə bağlı səsverməni gələn il yanvarın 21-də keçirməyi planlaşdırır.

Əgər kabinet səsverməni uduzsa, Brüssellə danışıqların davam etdirilməsi, vaxtından əvvəl seçki və ya hətta “Brexit”lə bağlı təkrar referendum keçirilməsi mümkün variantlardn biri ola bilər.

Britaniyanın Avropa Birliyindən çıxmasına qarşı çıxanlar Avropa Məhkəməsinin dekabrın 10-da qəbul etdiyi qərarı alıqşlayırlar. Həmin qərar əsasən, Britaniya birtərəfli qaydada “Brexit”dən imtina edə bilər.

(Azadlıq radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar