Braziliyada kilsədə atışma olub, ölən və yaralananlar var

Çərşənbə axşamı Braziliyanın San-Paulu ştatında yerləşən kilsələrdən birində silahlı insident baş verib.

“Report” xəbər verir ki, bu barədə "təcili yardım"a istinadən "Globo" telekanalı məlumat yayıb.

Bildirilir ki, naməlum şəxs kilsəyə girərək odlu silahdan insanlara atəş açmağa başlayıb. Nəticədə 4 nəfər ölüb, daha 4-ü isə yaralanıb. Cani sonda özünü öldürüb.

Hadisə San-Paulu şəhəri yaxınlığında yerləşən Kampinas şəhərində baş verib.

Bundan əvvəl Braziliyada qarətçilərlə polis arasında atışma olub, 12 nəfər ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar