ABŞ Rusiya qazına alternativi İsraildə tapıb - Dövlət katibinin köməkçisi bəyan edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin enerji daşıyıcıları üzrə köməkçisi Frensis Fennon bazar ertəsi bəyan edib ki, Misir və İordaniyanın ardınca, İsrail Avropaya qaz təbarükünü həyata keçirə bilər.

«Yeni qaz mənbələri meydana gəlir. Avropaya səfərim zamanı mən, Şərqi Aralıq dənizində oldum və gördüm ki, enerji praqmatizmi çoxdankı siyasi problemləri dəf edir. Hazırda İsraildən Misir və İordaniyaya qaz tədarük edilən boru kəməri fəaliyyətə başlayıb. Bu kəmərlə potensial olaraq Avropaya da təbii qaz nəql oluna bilər» - deyə, Fennon telefon brifinqinin gedişində bildirib.

Dövlət katibinin köməkçisinin brifinqi «Avropanın enerji təhlükəsizliyi» və Rusiyanın «Şimal axını - 2» layihəsinə qarşı durmaq mövzusuna həsr olunub.

Fennon xatırladıb ki, ABŞ bundan əvvəl də Avropaya qaz tədarükünün diversifskasiyası üzrə layihələri dəstəkləyib və indi də dəstəkləyir. Xüsusilə, necə deyərlər, «cənub dəhlizi» ilə 40 milyard dollarlıq qaz tədarükü önə çəkilir - baxmayaraq ki, orada birbaşa ABŞ investisiyaları yoxdur.

«Şimal axını - 2» layihəsi Rusiya sərhədlərindən başlayaraq, Baltik dənizindən keçməklə, Almaniyaya qədən uzanacaq iki qaz xəttinin tikintisini nəzərdə tutur - kəmərin gücü isə ildə 55 milyard kubmetr olmalıdır.

Yeni boru kəmərinin fəaliyyətdə olan «Şimal axını» kəməri ilə yanaşı tikilməsi planlaşdırılıb. Tikintinin 2019-cu ilin sonuna qədər başa çatdırılması planlaşdırılıb.

Ukrayna və bir sıra Avropa ölkələri (Polşa, Latviya, Litva) və ABŞ bu plana qarşı fəal mübarizə aparırlar. Onlar bu layihəni siyasi və Avropanın enerji təhlükəmizliyinə təhid adandırırlar. Rusiya isə layihənin rəqabətli və mütləq komersiya təyinatlı olduğunu bəyan edir və Ukraynadan keçməklə, Avropa İttifaqına qaz tədarükünün dayandırılmasını nəzərdə tutmadığını bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar