Bu gün Strasburqda matəm elan ediləcək

Bu gün Fransanın Strasburq şəhərində matəm elan ediləcək.

Trend-in məlumatına görə, bu barədə Strasburqun meri Rolan Ris bildirib.

R.Ris deyib: "Sabah şəhərdə matəm olacaq. Biz milad yarmarkalarını bağlayacağıq, teatrlar və konsertləri təxirə salacağıq".

Xatırladaq ki, ötən gün Fransanın Strasburq şəhərində silahlı şəxs insanlara atəş açmağa başlayıb. İnsident nəticəsində 4 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Fransa hakimiyyəti baş verən atışmanı terror aktı kimi dəyətləndirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar