Litva Rusiyanı SWIFT pulköçürmə sistemindən çıxartmağı təklif edib

Litva hökuməti Moskva Kerç boğazı və Ukraynanın işğal olunmuş əraziləri üzərində nəzarəti BMT-yə verməyəcəyi təqdirdə, Rusiyanı SWIFT banklararası pulköçürmə sistemindən çıxartmağı təklif edib.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bundan əlavə Litva daha effektli variant kimi Rusiya iqtisadiyyatının maliyyə və neft-qaz sektoruna təzyiqi gücləndirmək fikrini irəli sürüb.

Dekabrın 7-də Litva hökuməti Kerç boğazında baş vermiş insidentlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar