"Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərini kimsə poza bilməz" - Səfir

"Azərbaycan müstəqil dövlət olaraq istənilən ölkə ilə münasibət qura bilər. Bu, Türkiyəni narahat etməz. Eyni zamanda, Türkiyənin də digər ölkələrlə münasibəti Azərbaycanı narahat etməz".

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycanın İsraillə münasibətlərini Türkiyəni narahat etməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə qardaş dövlətdir: "Bu münasibətləri kimsə poza bilməz".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar