ASƏF MƏMMƏDOVUN İNTİHAR XƏBƏRİ TƏSDİQLƏNMƏDİ - Üzrxahlıq

Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq birinci müavini Asəf Məmmədovun intihar etməsi barədə məlumat öz təsdiqini tapmayıb.

Qeyd edək ki, son günlər Naxçıvanda A.Məmmədovun intihar etməsi barədə məlumatlar yayılıb. “AzPolitika”nın muxtar respublikada müraciət etdiyi mənbələr də belə bir məlumatın olduğunu təsdiqləyiblər. Lakin təəssüf ki, saytımızın müraciət etdiyi mənbələrin A.Məmmədovun intiharı barədə şayiələrin təsiri altında olaraq, səhv məlumat verdikləri məlum olub.

Asəf Məmmədovun intiharı ilə bağlı yanlış məlumat yaydığına görə, “AzPolitika.info” saytı oxuculardan, A.Məmmədovun özündən və yaxınlarından üzr istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar