SƏFİRLİYİMİZDƏKİ YOXLAMALARIN DETALLARI AÇIQLANDI - “Araşdırılacaq”

"Azərbaycan Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”.

Bunu BakuPost-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyev bildirib.

R. Quliyev deyib ki, ilk gündən Ukraynadakı səfirlik binasında əsaslı təmir məsələsinin Azərbaycan hüquq-mühafizə orqanları, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə araşdırılmasının tərəfdarı olub: "Ötən dövr ərzində bu məsələ ilə bağlı Ukrayna mediasında xeyli neqativ məlumatlar yer aldı. Həm indiki səfir Azər Xudiyev, həm keçmiş səfir Tələt Əliyev Azərbaycanın diplomatlarıdır, onları bu vəzifələrə dövlət başçıları təyin edib. Biz gərək, soyuqqanlı olaq. Artıq bu işlə ciddi məşğuldurlar. Qarşıda Yeni il bayramı var, yəqin ki, səfirliklə bağlı məsələnin araşdırılması ay yarım- iki aya yaxın çəkəcək. Aldığım məlumata görə, Hesablama Palatasının auditorları da araşdırmada iştirak edir. Məsələ tam araşdırılacaq, nəticə ortaya çıxarılacaq. Ukrayna səfirliyi ilə əlaqədar bütün məsələlər araşdırılacaq. Çünki hər iki tərəf bir-birinə qarşı çoxlu suallar ünvanlayır. Bir tərəf deyir ki, yaxınlıqda çoxmərtəbəli bina tikildiyi üçün səfirliyin binasında çatlar yaranıb, digər tərəf başqa fikir səsləndirir. Əsas Azərbaycanın müvafiq orqanlarının bu yoxlamanı başlaması idi. Yoxsa səfirlik binası ətrafında məsələ bu qədər şişdi, partladı, nə qədər söz-söhbət oldu, mətbuat konfransları keçirildi, vaxt keçdi… Mən bunu ürək ağrısı ilə deyirəm. Yenə də taleyüklü qərarı Azərbaycan verdi. Səfirlik Azərbaycanın ərazisidir, xərclənən Azərbaycanın vəsaitidir. İndi podratçı şirkət kim olub, o başqa məsələdir. Hüquq-mühafizə orqanları istintaqı aparsınlar, kimin nə qədər günahı var, təbii ki, üzə çıxacaq. Səbir və soyuqqanlılıqla gözləyək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müdrik siyasət aparır, müstəqil və aparıcı dövlətik. Əsas odur ki, emosiyalara uymayaq, səbirlə bütün problemləri həll edək ”.

İşçi qrupunun rəhbəri hesab edir ki, Ukraynadakı səfirlik ətrafında baş verənlər fonunda uduzan ümumilikdə azərbaycanlılar olub: "Bizim bu gün əsas məqsədimiz Ukrayna Ali Radasına seçkilərdə ən azı bir azərbaycanlının parlamentə düşməsinə nail olmaqdır. Ukraynada 300-350 min azərbaycanlının səsvermə hüququ var. Nəzərə alınsa ki, bu ölkədə 10-dan artıq partiya var, bu, kifayət qədər böyük elektorat sayılır. Biz birləşərək bu məqsəd uğrunda mübarizə aparmalıyıq”.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) tərəfindən müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müvafiq müraciət göndərilib. Nazirlik bildirib ki, hazırda ölkəmizin Ukrayna səfirliyində aparılan audit yoxlaması, məhz Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində reallaşdırılır.

635x100

Şərhlər

Hörmətli oxuculara! 2018-12-12 16:26:31

Bismillahir-Rəhmanir-Rəhim. Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri deputa Rüfət Quliyev deyir ki:- Bunu ürək ağrısı ilə yazıram.Amma;- http://azpolitika.info/?p=465071 saytında yazir bu məsələlərdən bizə qarşı istifadə edən ermənilərə bəhanə verməməliyik: “Amma bu o demək deyil ki, Arsen Avakov səhər işə gəlir, düşünür ki, azərbaycanlılara qarşı necə pislik edib. Arsen Avakov orada pul qazanır, hamı da bunu bilir.Bu deputadan soruşmaq lazımdır:-Niyə Arsen Avakov müdafiyə edir XEYİR olsun?-Özü deyr Arsen Avakov orada pul qazanır,buda onun üçün əllavə qazanc mənbəyi deyilmi?- Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi bilmir ki, Arsen Avakov azərbaycanların başına nə işlər gətirir?-Bunları bilmirsə deputa Rüfət Quliyev necə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri ola bilər? Əfsuslar olsun ki,hörmətli Deputat Rüfət Quliyev Arsen Avakov azərbaycanların başına nə işlər gətirdiyı haqda heç nə danışmır! Hətta Milli Məclisdə məlumatlandırmayıb-niyə? Əcəba!Bu nəməsələdir?Bu məsələdə iki dəfə çıxış edir! Deputatın belə bir hərəkəti özünə qəti hörmət gətirmir”. Onu da qeyd edim ki, vallah-billah belə səssiz-küysüz çoxsaylı məsələr olub və yaddan çıxarılb! Daha pis tərəfi ondadır ki, məsuliyyətdən qaçacaqlar! Yaxşı deyiblər ki,Avaz yaxşıdır.oxuduğu Quran olsa!

Asif 2018-12-12 16:26:31

Azərbaycanın xaricdəki səfirlik və baş konsulljqlarının əksəriyyətində korrupsiya halları mövcuddur, sadəcə, hesablama palatası bunu „görmür“.

Son yazılar