Ermənistanda keçmiş baş nazirin müavini həbs oluna bilər

Ermənistan Xüsusi İstintaq Xidməti (EXİX) keçmiş baş nazirin müavini və Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Gevorgyan barəsində həbs qəti imkan tədbiri seçilməsi üçün məhkəməyə vəsatət göndərib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ağacaniyan bildirib.

Xatırladaq ki, EXİX ədalət məhkəməsini əngəlləmək maddəsi ilə aralarında keçmiş baş nazirin müavini Armen Gevorgyanın da olduğu bir qrup şəxsə qarşı bu il avqustun 3-də cinayət işi başlamış və bunu 1 mart 2008-ci il tarixli qanlı hadisələrə bağlamışdı. Hadisələr zamanı məhkəmənin fəaliyyətinə müdaxilə etməkdə ittiham olunan A.Gevorgyan Prezident Administrasiyasının rəhbəri vəzifəsində işləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar