Dollar satışı niyə ikiqat artıb? – AÇIQLAMA

Xəbər verildiyi kimi, bu ilin ilk 10 ayında valyuta satışı ilə bağlı rəqəmlərdə yüksəliş var. İqtisadçı ekspert Rövşən Ağayev, valyuta satışının mümkün səbəblərini izah edib.

«Mərkəzi Bank 10 ayın yekunları üzrə banklaırn nağd formada həyata keçirdiyi xarici valyuta ticarətinə dair məlumat açıqlayıb.

Ötən ilin 10 ayı ilə müqayisədə banklar tərəfindən nağd satılan xarici valyutanın həcmi 2 dəfəyə yaxın artıb.

Bütün növ xarici valyutaların satışı ötən ilin 10 ayında 1,740 mlrd. dollar, 2018-ci ilin eyni dövründə isə 3,375 mlrd. dollar ekvivalentində olub. Bu göstərici 2015-ci ildən - kəskin devalvasiya ilindən sonra ən yüksək göstəricidir.

Bu ilin yanvar-oktyabr ayında satılan nağd xarici valyutanın təxminən 77,2%-ni ABŞ dolları, 19,6%-ni avro, 1,8%-ni ingilis funtu, 1,4%-ni rus rublu təşkil edib.

Bankların naqd satdığı xarici valyutanın həcmi nağd valyuta alışını təxminən 1,2 mlrd. dollar üstələyib.

Əslində dərin analiz tələb edən rəqəmlərdir: iqtisadi fəallığın ən aşağı həddə olduğu, iqtisadi staqnasiyanın yaşandığı, real gəlirlərin faltiki olaraq artmadığı dövrdə bütövlükdə ev təsərrüfatlarının və fiziki şəxslərin xarici valyutaya tələbatının artması real görünmür.

Bunu ona görə deyirəm ki, nağd valyutaya tələbi əsasən bu subyektlər təmsil edir.

Əsas ehtimalım odur ki, valyutaya tələbin artmasında əsas səbəb dövlət sektorunun xərclərinin ötən ilə nisbətən kəskin artımıdır.

Söhbət xüsusilə də dövlət sektorunun investisiya təyinatlı xərclərinin artımından gedir. Rəsmi statistikaya gərə, bu ilin 10 ayında ötən ilin eyni dövrünə nəzərən təkcə hökumət mənbələri üzrə investisiya xərcləri 80%-dək artıb.

Bu xərclərin səmərəli istifadəsinə nəzarət mexanizmləri yüksək səviyyədə olmadığından müxtəlif kanallarla nağd valyuta bazarına yolu xeyli rəvandır.

Bəlkə də sırf təsdüfdəndir, bu 2 göstəricinin artım miqyasında da xeyli yaxınlıq var...».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar