Strasburqda ətrafdakılara atəş açan şəxsin 2 qardaşı saxlanılıb

Fransanın Strasburq şəhərindəki bazarda atəş açan şəxsin iki qardaşı polis tərəfindən saxlanılıb.

“Report” bu barədə “Le Figaro”ya istinadən xəbər verir.

Daha əvvəl həmin məsələ ilə bağlı beş nəfərin saxlanıldığı bildirilmişdi.

Xatırladaq ki, ötən gün Strasburq şəhərinin mərkəzində 29 yaşlı Şərif Şekat adlı şəxs ətrafdakılara atəş açıb, sonra da bir taksi maşınını ələ keçirərək uzaqlaşıb. Şəhərin meri Roland Rays hadisə nəticəsində 4 nəfərin öldüyünü, 12 nəfərin isə xəsarət aldığını bildirib.

Prokurorluqdakı mənbəyə görə, bu məsələnin istintaqı antiterror bölmə tərəfindən aparılır. Hadisəni törədən şəxsin qolundan yaralandığı, hazırda Almaniyada gizlənə biləcəyi qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar